Icma.az
close
up
RU
Paşinyan “diskoteka gecəsi”nə bu qədər xərclədi

Paşinyan “diskoteka gecəsi”nə bu qədər xərclədi

Icma.az, Bakupost saytına istinadən bildirir.


Ermənistanın baş naziri Nikol Paşinyanın son aylarda yaratdığı musiqi qrupu və keçirdiyi “diskoteka gecəsi” ölkə mediasında geniş müzakirə mövzusuna çevrilib.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, söhbət hakim “Vətəndaş Müqaviləsi” Partiyasının təşkil etdiyi və baş nazirin özünün də səhnəyə çıxdığı tədbirdən gedir.

İrəvanda fəaliyyət göstərən “Joxovurd” qəzeti yazır ki, 30 yanvar tarixində “Palladium Hall” restoranında keçirilən tədbirdə “Varçabənd”in çıxışı partiya büdcəsinə kifayət qədər baha başa gəlib. Məlumata görə, tədbirə ümumilikdə 8,5 milyon dram (təxminən 22,3 min dollar) xərclənib.

Hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin sədr müavini Vaahn Aleksanyan nəşrə açıqlamasında xərclərin bölgüsünü də açıqlayıb. Onun sözlərinə görə, 2,5 milyon dram zalın icarəsinə, 4,9 milyon dram brendinq, dizayn və müxtəlif atributların hazırlanmasına, 1,1 milyon dram isə aranjiman, musiqiçilərə və DJ-ə ödənişlərə sərf olunub.

Bununla belə, qəzet hesab edir ki, real xərclər daha yüksək ola bilərdi. Belə ki, “Palladium Hall”un 500 nəfərlik tədbir üçün bir nəfərə görə orta qiyməti 27 min dram göstərilir. Bu hesabla təkcə zalın xidmət haqqı 13,5 milyon drama (təxminən 34 min dollar) çata bilərdi. Nəşr ehtimal edir ki, məkan hakim partiyaya ciddi güzəştlər edib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə ay əvvəl zərb alətlərində ifa etməyi öyrəndiyini və öz musiqi qrupunu yaratdığını açıqlamışdı. “Varçabənd” adlanan qrupun adı erməni dilində “baş nazir” sözünün ilk iki hecası ilə “bənd” sözünün birləşməsindən formalaşıb.

Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində bildirib ki, zərb alətlərində ifa etməyi onlayn platforma vasitəsilə öyrənib və bu təlim üçün cəmi 250 dollar ödəyib.

Baş nazirin musiqi fəaliyyəti və bunun partiya büdcəsi hesabına maliyyələşdirilməsi isə Ermənistan cəmiyyətində birmənalı qarşılanmır. Müxalifət və bəzi media qurumları ölkədə sosial-iqtisadi problemlərin dərinləşdiyi bir dövrdə belə xərclərin məqsədəuyğunluğunu sual altına alır.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 13 Fevral 2026 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see375

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see363

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see303

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see285

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see257

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see257

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see245

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see243

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see233

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see225

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see219

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see218

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see205

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see196

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see180

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see179

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see172

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see166

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri