Icma.az
close
up
RU
Paşinyan dünyada və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir

Paşinyan dünyada və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ermənistanın baş naziri Nikol Paşinyan dünyada və bölgədə yaranan durumu nəzərə almaq məcburiyyətindədir. Hər ikisi Ermənistanın xeyrinə deyil. Rusiya-Ukrayna müharibəsi bitdikdən sonra Kreml ətrafında yeni hədəflər seçəcək və Moskva qonşuluğunda siyasətindən narazı qaldığı müxtəlif ölkələrə təzyiqi artıracaq. Bu ölkələrdən biri Ermənistan ola bilər. Nikol Paşinyanın xarici və təhlükəsizlik siyasəti Kremli çoxdandır narahat edir, ancaq Ukrayna müharibəsi Moskvanın Ermənistanı ram etməsinə imkan vermirdi. Kreml üçün belə bir imkan yaxın zamanda yarana bilər. Ağ Ev administrasiyasının Moskva ilə dialoqu da Paşinyanın narahatlığına səbəb olmaya bilməz. Paşinyan Bayden administrasiyası ilə intensiv dialoq aparırdı. Bayden hakimiyyətinin son günlərində Vaşinqtonda Ermənistanla strateji tərəfdaşlığı hədəfləyən saziş imzalanmışdı. Ancaq Trampı Ermənistan maraqlandırmır. Nikol Paşinyan Azərbaycanla mübarizədə Qərbin dəstəyinə arxalanırdı. Bu dəstək azaldığına görə, Paşinyanın Azərbaycanla mübahisəli məsələləri həll etməkdən başqa alternativi qalmayıb. Paşinyan Türkiyə ilə sərhədin açılmasını və diplomatik münasibətlərin qurulmasını da istəyir. Ancaq bunun da yolu İrəvanın Bakı ilə sülh sazişinin imzalanmasından keçir. Ankara bu mövqeyini dəfələrlə İrəvana çatdırıb.
Nə qədər ki, Rusiya diqqətini Cənubi Qafqaza yönətlməyib, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına ehtiyac var. Paşinyan sazişin imzalanması üçün son əngəli də aşmalıdır. Bu da Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddiasını ehtiva edən bəndin çıxarılmasıdır. Doğrudur, Paşinyan yeni Konstitusiyanın qəbulu gərəkliyini bildirib. Ancaq o bu məsələni gələn ilə, yəni Ermənistanda parlament seçkilərindən sonraya saxlayıb. Halbuki, dünyada və bölgədə hadisələr o qədər sürətlə dəyişir ki, Konstitusiyanı dəyişmək üçün bir il də uzun müddətdir. İrəvan sülh sazişindəki bütün bəndləri Bakı ilə razılaşdırıbsa, Konstitusiyada Azərbaycana aid bəndin həmin sənəddən çıxarılmasını da sürətləndirmək mümkündür.
Prezident İlham Əliyev Bakıda işinə başlayan XII Qlobal Bakı Forumda Ermənistanla sülhdə ölkəmizin maraqlı olduğunu bir daha təkrarlayıb. “Biz Cənubi Qafqazda sülh qurmalıyıq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan sülh prosesinə bağlıdır və əslində, Ermənistana təqdim olunan həmin sülh müqaviləsinin müəllifidir. Prezident bildirib ki, sülh müqaviləsi Ermənistanla Azərbaycan arasında müzakirə edilir və demək olar bəndlərin artıq əksər hissəsi razılaşdırılıb. Prezidentin son cümləsindəki “demək olar ki...” ifadəsi o deməkdir ki, İlham Əliyev sülh sazişinin imzalanması üçün Nikol Paşinyanın son addımı atmasını, Kontitusiyada zəruri dəyişiklik etməsini gözləyir.
Elxan Şahinoğlu
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:93
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Mart 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri