Paşinyan əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki... Deputatdan AÇIQLAMA
Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Ermənistanda yeni konstitusiya ölkənin xəyalçı hədəflərdən uzaqlaşmasına gətirib çıxara bilər. Ermənistanın Baş naziri Nikol Paşinyanın əslində bütün fəaliyyəti Ermənistanı daha realist məcraya qaytarmaqdır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında deputat Fazil Mustafa Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsində yeni konstitusiya qəbul etmək istəyindən danışarkən bildirdi.
"Əgər buna nail ola bilsə, ilk erməni lideri olacaq ki, xalqı xəstə xülyalarla, hansısa bir uydurma hədəflərlə özünü həlak etməsinə gətirib çıxaran siyasətdən uzaqlaşmağa nail olacaq. Paşinyanın əsas niyyəti budur.
Ümid edək ki, belə bir məsələni həyata keçirməyə siyasi iradəsi və imkanı olacaq. Bu olsa, bu, erməni xalqı üçün də ən ciddi fəlakətdən qurtulma yolunu göstərə bilər",- deyə millət vəkili qeyd etdi.
Xədicə BAXIŞLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 İyul 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















