Icma.az
close
up
RU
Paşinyan elə bir söz dedi ki... Nə Köçəryan, nə Sərkisyan cavab verə bildi

Paşinyan elə bir söz dedi ki... Nə Köçəryan, nə Sərkisyan cavab verə bildi

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

“Fikir vermişəm, Ermənistanda keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan bir müddət susurlar və qəfil ikisi də eyni gündə danışmağa başlayır. Bu dəfə də belə oldu”.

Turkustan.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert bildirib ki, Robert Köçəryan bir müddət fasilə verdikdən sonra oktyabrın 7-də mətbuat konfransı keçirib və Baş nazir Nikol Paşinyanın ünvanına aşağılayıcı fikirlər söyləyib:

“Həmin gün oxşar açıqlamalar Serj Sərkisyandan da gəlib. Hər ikisi gələn ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşır. Nikol Paşinyana elə onlar kimi rəqiblər lazımdır ki, üzərlərində növbəti dəfə qələbə çala bilsin.

Paşinyan dünən “deyin görək, nə vaxt mənimlə debata çıxacaqsınız” cümləsi ilə ikisini də (eləcə də Levon Ter-Petrosyanı) növbəti dəfə susdurub. Köçəryan və Sərkisyan Paşinyanı arxadan söyməyə alışıblar, onunla üz-üzə gəlməyə qorxurlar. Sərkisyan hakimiyyətdə olanda cəmi bircə dəfə Paşinyanla üz-üzə gəlməyə qərar verib, oteldə mətbuatın qarşısında görüşüblər və bir neçə gün sonra istefa vermək məcburiyyətində qalıb. Ona görə də Köçəryan və Sərkisyan Paşinyanla debatın onlar üçün yaxşı nəticə verməyəcəyini anladıqlarından baş nazirlə üz-üzə gəlmək istəmirlər”.

Elxan Şahinoğlu qeyd edib ki, Köçəryan mətbuat konfransından əvvəl Moskvada olub, Kremldə qapalı görüşlər keçirib:

“Köçəryan Rusiya Prezidenti Vladimir Putinin yaxın dostlarındandır və istisna etmirəm ki, Kreml sahibi onunla görüşüb, sadəcə Paşinyanı qıcıqlandırmamaq üçün bu barədə məlumat mediaya ötürülməyib. Çünki Putin də anlayır ki, yaxın dostunun Ermənistanda reytinqi yoxdur. Buna baxmayaraq, Kreml Nikol Paşinyanın gələcək parlament seçkisində məğlubiyyətə uğradılması və ya ən azı hökuməti təkbaşına qurmaq üçün kifayət qədər səs toplamaması üçün müxtəlif ssenarilər üzərində planlar qurur. Köçəryanı da bu məqsədlə Kremlə çağırmışdılar”./teleqraf

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Oktyabr 2025 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri