Icma.az
close
up
RU
Paşinyan Əliyevə hazırıq dedi, İrəvan yeni yolu açıqladı Gizli yoxlama

Paşinyan Əliyevə hazırıq dedi, İrəvan yeni yolu açıqladı Gizli yoxlama

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın Ermənistana tranzitlə bağlı məhdudiyyəti aradan qaldırmasından sonra İrəvan hökuməti də bənzər bəyanatla çıxış edib. Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin də Türkiyə və Azərbaycan arasında yük daşımalarının tranzitini həyata keçirməyə hazır olduğunu bildirib. Baş nazir hətta bunun üçün Marqara-Yeqnadzor-Sisian-Gorus marşrut xəttini təklif edib.

Analitiklərin fikrincə, bu, Azərbaycanın jestinə adekvat reaksiya kimi görünsə də, Bakının tranzit qadağasını ləğv etmək qərarı ilə Paşinyanın təklifi arasında fərq var. Həmçinin yekun sülh müqaviləsi imzalanmadan belə bir qərarın erkən olduğu bildirilir.

Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Azərbaycanın Ermənistana tətbiq etdiyi tranzit qadağasının ləğvi regionda yaranan yeni siyasi vəziyyətin göstəricisidir:

“Yəni bu qərar həm iqtisadi, həm də siyasi baxımdan əhəmiyyətli addımdır. Çünki uzun illərdir bağlı olan kommunikasiyaların açılması bölgədə qarşılıqlı etimadın artmasına, ticarət və logistik əlaqələrin canlanmasına xidmət edə bilər.

Paşinyanın bu qərardan sonra verdiyi açıqlamalar, xüsusilə, “Türkiyə və Azərbaycan arasında yük daşımalarının Ermənistan üzərindən həyata keçirilməsinə hazırıq”, – deməsi zahirən Bakının jestinə müsbət cavab kimi görünür. Lakin burada vacib bir fərq var. Azərbaycan tranzit qadağasını ləğv etməklə prinsipial olaraq yolların açılmasına razılıq verdiyini göstərib, amma bu, avtomatik şəkildə Ermənistan üzərindən keçən konkret marşrutların təsdiqlənməsi demək deyil. Paşinyanın təklif etdiyi Marqara–Yeqnadzor–Sisian–Gorus marşrutu isə daha çox Ermənistanın öz nəzarətində olan və strateji əhəmiyyət daşıyan bir xəttdir. Bu, İrəvanın həm iqtisadi dividendlər qazanmaq, həm də tranzit axınlarını nəzarətdə saxlamaq niyyəti ilə bağlıdır.

Ekspertlərin “tezdir” deməsinin səbəbi də məhz buradadır. Çünki bu cür təkliflərin icrası yekun sülh müqaviləsi imzalanmadan real mexanizmə çevrilə bilməz. Sülh razılaşması olmadan tərəflər arasında tam hüquqi təminat yaranmır və istənilən an siyasi gərginlik belə layihələrə mane ola bilər”.


Qabil Hüseynli

Politoloq qeyd edib ki, Azərbaycanın addımı, əslində, sülh gündəliyinə dəstək xarakteri və qarşı tərəfin reaksiyasını yoxlama məqsədi daşıyır:

“Paşinyan isə bunu fürsət kimi dəyərləndirərək həm beynəlxalq arenaya “əməkdaşlığa açıq” imicini göstərmək, həm də daxildə iqtisadi aktivlik və diplomatik uğur təəssüratı yaratmaq istəyir.

Yəni qısası, Bakı ilə İrəvan arasında yaranan bu “yumşalma siqnalı” pozitiv görünür, amma hələ çox kövrəkdir. Prosesin real nəticə verməsi üçün sülh müqaviləsinin imzalanması, nəqliyyat marşrutlarının təhlükəsizlik və hüquqi mexanizmlərinin dəqiq müəyyənləşdirilməsi vacibdir. O vaxta qədər Paşinyanın təklifi daha çox siyasi jest kimi dəyərləndirilə bilər”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 28 Oktyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see440

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see274

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see209

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see204

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see187

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see186

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see185

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see181

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see176

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see175

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see155

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see155

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see152

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see148

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see145

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see142

CNN: ABŞ nin Mərkəzi Kəşfiyyat İdarəsi Venesuelada daimi mövcudluq barədə düşünür

27 Yanvar 2026 21:43see138

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri