Icma.az
close
up
RU
Paşinyan Əliyevə təşəkkür etdi: Azərbaycan Ermənistan münasibətlərində etimad addımı

Paşinyan Əliyevə təşəkkür etdi: Azərbaycan Ermənistan münasibətlərində etimad addımı

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Hökumət başçısı bunu Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Avrasiya İqtisadi İttifaqı Ali Şurasının sammiti zamanı deyib.

"Azərbaycan ərazisi ilə Ermənistana yükdaşımaların bərpası qərarı və ikitərəfli ticarətin başlaması üçün yaradılan şəraitə görə Azərbaycan Prezidentinə təşəkkür edirəm. Bu, bölgədə sülh və sabitliyin bərqərar olması çərçivəsində ilk ən mühüm nailiyyətlərdən biridir", - deyə Paşinyan bəyan edib.

Politoloq Aytən Qurbanova Bakıvaxtı.az-a bildirib ki, bu kimi addımlar birmənalı olaraq sülhə töhfə verən əsas yanaşmalar hesab olunur.

Onun sözlərinə görə, indiyə qədər Azərbaycan tərəfindən ortaya qoyulmuş xoşniyyət addımları müxtəlif mərhələlərdə Ermənistan tərəfindən fərqli formalarda təqdim edilirdi. Lakin son bir neçə ayda, xüsusilə də Nikol Paşinyan və Ermənistanın digər rəsmi şəxsləri tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin atdığı bütün xoşniyyət addımlarının qarşılıqlı töhfə verməsinə dair yanaşmalara açıq və konkret şəkildə münasibət bildirildiyini müşahidə edirik. Bu isə xüsusilə 8 avqust tarixli Üçtərəfli birgə bəyanatdan sonra əldə olunmuş ən önəmli yanaşmalardan biridir.

Aytən Qurbamova: Bu addımlar sülhə töhfə verən əsas yanaşmalar hesab olunur

Müsahibimiz qeyd edib ki, artıq sülh müqaviləsinin imzalanması ilə bağlı Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində müəyyən mənada açıq mövqe nümayiş etdirməyə başlayıb:

“Bütün bunlar birmənalı olaraq, bizi sülhə yaxınlaşdıran və eyni zamanda qarşılıqlı şəkildə götürülmüş öhdəliklərin icrası ilə bağlı etimad mühitinin formalaşmasına müsbət təsir göstərən ən önəmli istiqamətlərdən biri kimi dəyərləndirilməlidir”.

“Bu təşəbbüslər davam edəcəyi təqdirdə, yaxın gələcəkdə yekun sülh müqaviləsinin imzalanması ilə bağlı qərarın qəbul olunmasını və konkret addımların atılmasını müşahidə edə bilərik", - deyə Aytən Qurbanova əlavə edib.

Aynur Babazadə

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Dekabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri