Icma.az
close
up
RU
Paşinyan Əliyevin bu fikrini təsdiqlədi “Heç biz də istəmirik!”

Paşinyan Əliyevin bu fikrini təsdiqlədi “Heç biz də istəmirik!”

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistan Baş naziri Nikol Paşinyanın son açıqlaması müzakirələrə səbəb olub. Belə ki, o, rəsmi İrəvanın bölgədə müharibə istəmədiyini və heç bir eskalasiyaya hazırlaşmadığını diqqətə çatdırıb. Digər tərəfdən Ermənistanın bir müddətdir, sürətlə silahlanması, hərbi büdcəsini artırması, müdafiə adı altında güclü hücum silahları alması fonunda regionda sülhdən yana olmasını bildirməsi ictimaiyyətdə səmimi qarşılanmayıb.

Globalinfo.az-a danışan politoloq Elşad Həsənov deyib ki, Azərbaycan öz ərazi bütövlüyün bərpa edib, Ermənistanın qeyri-qanuni silahlı dəstələrini ərazilərimizdən çıxartdığı andan etibarən rəsmi Bakı İrəvanla sülh müqaviləsinin imzalanması ilə bağlı məsələ qaldırıb:

“Bu da Ermənistan və havadarları ucbatından uzadılır. Azərbaycan sülh mətninə 12-ci dəfə düzəlişlər edib, İrəvana göndərib. Ermənistan Baş naziri Nikol Paşinyanın eskalasiyanın, müharibənin olmaması ilə bağlı dedikləri başadüşüləndir. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə müharibə deyil, sülh istədiyimizi vurğulayıb. Bakı yenidənqurma işlərinə başlayıb. 30 il ərzində işğalda olan torpaqlarımızda böyük quruculuq işləri aparılır. Əhalinin öz yurd-yuvalarına qayıdışı, firavan yaşayıb, işləmələri üçün əlverişli mühitin yaradılmasına çalışırıq. Paşinyan da hazırda Azərbaycanın daha əvvəl səsləndirdiyi fikirləri təsdiqləyir”.

Elşad Həsənov

Politoloqun sözlərinə görə, Ermənistanın bir tərəfdən silahlanması da diqqətdən qaçmamalıdır:

“USAİD-in ayırdığı vəsait hesabına Ermənistan silahlanmanı sürətlə aparır. 2025-ci il büdcəsində 1,7 milyard dollar həcmində müharibə xərcləri nəzərdə tutulub. 600 milyon dollar həcmində Hindistandan silah alışı ilə bağlı müqavilə imzalayıblar. Ermənistan nə qədər silahlansa da Azərbaycanın güclü ordusuna heç nə edə bilməz. Rəsmi Bakı yerində saymır. Son model silahlar əldə edirik. Pakistandan yeni qırıcıların alınması planlaşdırılır.

Belə bir məşhur deyim var: “Müharibə istəmirsənsə, müharibəyə hazır ol”. Buna görə də Azərbaycan hər zaman hazır vəziyyətdədir”.

Safura Bənnayeva
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 27 Fevral 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri