Icma.az
close
up
RU
Paşinyan Ərdoğandan 3 şey istədi DETALLAR KONKRET

Paşinyan Ərdoğandan 3 şey istədi DETALLAR KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Paşinyanın Türkiyəyə səfəri regionun bəlasına çevrilən erməni iddialarının arxa plana keçməsi və normallaşma baxımından tarixi hadisə olmaqla yanaşı, rəsmi İrəvanın konkret hədəflərinə də hesablanıb: Avropa bazarına çıxış əldə etmək və dalandan xilas olmaq;

Buna nail olmağa çalışan Ermənistan hakimiyyəti hədəfə gedən yolda bir neçə nəticə əldə etməlidir:

– Türkiyə ilə münasibətlərin üçüncü tərəfin, yəni Azərbaycanın maraqları nəzərə alınmadan qurulması;

– Sərhədlərin qeyd-şərtsiz və qısa müddətdə açılması;

– Regional kommunikasiyanın açılmasında Zəngəzur dəhlizi layihəsini arxa plana keçirmək və “Sülh kəsişməsi” layihəsini qəbul etdirmək.

KONKRET.az xəbər verir ki, bu barədə politoloq Asif Nərimanlı qeyd edib.

İrəvan-Ankara danışıqlarında Ermənistanın əsas niyyəti əvvəldən bu olub, Paşinyanın Türkiyəyə indi səfər etməsi isə istəklərini ən yüksək səviyyədə təqdim etməklə yanaşı, regional proseslərdən də qaynaqlanır.

Birincisi, Ukrayna ətrafında danışıqlar prosesinin başlanmasından sonra Rusiyanın yenidən regionda aktivləşməsi və mövqelərini ilk olaraq Ermənistanda bərpa etmək cəhdləridir və bu, Paşinyan hakimiyyətinə həm xarici siyasət kursunda, həm də daxili mövqelərində risklər vəd edir: İrəvan Ankara ilə anlaşa və sərhədlərin açılması ilə dalandan çıxa biləcəyinə ümid edir; buna nail olmaq Moskva qarşısında sərbəst siyasət aparmağa mane olan iqtisadi asılılığı da zəiflədə bilər;

İkincisi, Ermənistanın regionda əsas müttəfiqi kimi gördüyü İranın faktiki olaraq oyundankənar vəziyyətə düşməsidir: bu, İrəvanı regionda təklənmiş vəziyyətə salır və xüsusilə Rusiya qarşısında “məcburi geriçəkilmə” perspektivləri yaradır; İranın kənarda qalmasından sonra Türkiyə Ermənistan üçün regionda alternativ güc rolunu oynaya bilər, Paşinyanın səfəri ən azı belə bir imkanın olduğunu sərgiləməyə hesablanıb.

Türkiyə mövcud şərtlərdə Ermənistan üçün heç olmadığı qədər vacib oyunçuya çevrilib. Hərçənd, İrəvanın bütün cəhdlərində çıxacağı qapı eynidir: Ankara ilə münasibətləri normallaşdırmaq, sərhədlərin açılmasına nail olmaq üçün Bakı ilə sülh sazişini imzalamaq;

Paşinyanı İstanbulda qəbul edən Ərdoğanın bir gün öncə Əliyevlə görüşü də Bakı ilə “saatları yoxlamaq” və Azərbaycan olmadan Ermənistanla anlaşmanın olmayacağına əminlik yaratmaq, eləcə də Paşinyana Ankara-Bakı gündəliyini təqdim etmək məqsədi daşıyırdı. Ərdoğan-Paşinyan görüşündə Azərbaycan-Ermənistan sülh prosesinin müzakirə edilməsi də bunu deməyə əsas verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyun 2025 10:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri