Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İran rejimi legitimliyini itirir ŞƏRH

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Saça yapışan saqqızdan qurtulmağın yolları

PAŞİNYAN ERMƏNİ KİLSƏSİNİ İFŞA EDİR II Qareginin uşağı varmış, keşiş Baqrat isə...

PAŞİNYAN ERMƏNİ KİLSƏSİNİ İFŞA EDİR II Qareginin uşağı varmış, keşiş Baqrat isə...

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

Paşinyan - kilsə qarşıdurmasında təhqir və söyüşlər havada uçuşur

Ermənistanda Baş nazir Nikol Paşinyanla erməni Apostol kilsəsi arasında qarşıdurma o qədər kəskin xarakter alıb ki, tərəflər bir-birinə ədəbsiz ittihamlarla hədəf almağa başlayıb, hər cür söyüş və təhqirlər işə salınıb.

“AzPolitika” xəbər verir ki, Baş nazir Nikol Paşinyan öz sosial şəbəkə paylaşımlarında təhqirlərlə yanaşı, kilsə rəhbərliyini, eləcə də hökumətə qarşı kütləvi aksiyalar təşkil etmiş və hazırkı qalmaqalın ilk “fitilini çəkmiş” keşiş Baqrat Qalstyanı ifşa edən məlumatlar dərc edib.

Məlum olduğu kimi, erməni kilsə xadimlərinin, ruhanilərinin “subaylıq andı” var və onların övladı ola bilməz. Buna baxmayaraq, Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, bütün ermənilərin katolikosu II Qareginin övladı var və bu, “subaylıq andı”nın pozulmasıdır: “Əgər məlum olarsa ki, II Qaregin həqiqətən də “subaylıq andı”nı pozub və övladı var, o zaman o, bütün ermənilərin katolikosu ola bilməz. Çünki bu fakt yaranan andan o, subay keşiş sayıla bilməz. Mən bunu hər kəsin şəxsi və ailə həyatının toxunulmazlığı hüququna hörmətlə deyirəm, lakin bütün ermənilərin katolikosunun belə şəxsi həyatı ola bilməz. Mən özüm erməni Apostol kilsəsinin davamçısı kimi bu məsələni qaldırıram. Mən bunu mənəvi təhlükəsizlik məsələsi kimi görürəm. Bunu Ermənistan Respublikasının Baş naziri kimi də deyirəm, çünki bunu dövlət təhlükəsizliyi məsələsi kimi görürəm. Müqəddəs Eçmiədzin taxt-taşı bu vəziyyətlə bağlı mövqe nümayiş etdirməlidir, bundan sonra məsələyə əlavə aydınlıq gətiriləcək”.

Göründüyü kimi, Paşinyan Rusiya və xaricdəki qatı millətçi erməni diasporu ilə sıx əlaqədə olan erməni Apostol kilsəsi və onun başçısı II Qarigeni açıq şəkildə saxtakarlıqda ittiham edir. Və belə görünür ki, bu ittihamlar qətiyyən əsassız deyil.

Əvvəldə qeyd etdiyimiz kimi, Paşinyan- kilsə münasibətlərinin bu dərəcədə kəskinləşməsinin səbəbkarı keşiş Baqratdır. Belə ki, o, ötən həftə Paşinyanın ailəsini dini baxımdan natəmizlikdə günahlandırıb. 

"Paşinyan və arvadı Anna Akopyan dini nikahsız – günah içində yaşayırlar" - deyə, o, bildirib.

Yeri gəlmişkən, onların nə dini, nə də rəsmi nikahının olmadığı məlumdur. Buna baxmayaraq, Paşinyan özü və arvadı sosial şəbəkədə dərhal kəskin paylaşımlar edərək, onların normal ailə olduğunu və birgə böyütdükləri övladlarının olmasının da bunu sübut etdiyini bildiriblər.

Lakin bununla Paşinyanın ürəyi soyumayıb. Baş nazir əvvəlcə onu dini günahda ittiham edən keşiş Baqrat Qalstyanı ifşa edib. O, keşiş Baqratın öz dayısı arvadı ilə izdivacda olduğunu yazıb və bununla bağlı paylaşımında senzuradan kənar ifadələrə yol verib: “Get dayının arvadıyla ol, məndən nə istəyirsən?”


Daha sonra Paşinyan qərara gəlib ki, bu qalmaqal sadəcə, keşiş Baqratın öz işi deyil və bunun arxasında II Qaregin durur. Ona görə də baş erməni katolikosuna qarşı hücuma keçərək, yuxarıda qeyd etdiyimiz kimi, onun saxtakarlıq etdiyini, övladının olduğunu və bunun erməni Apostol kilsəsinin başçısı statusu ilə uyğun gəlmədiyini bəyan edib.

İndi kilsənin nə cavab verəcəyi və qarşıdurmanın nə qədər dərinə gedəcəyi maraqla izlənilir. Ən azından ona görə ki, bu qarşıdurma sadəcə, din və məişət məsələsi deyil, daha çox siyasi çalarlara malikdir…

C.Məmmədli

“AzPolitika.info”  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 İyun 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see306

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see223

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see191

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see188

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see174

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see174

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see167

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see164

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see158

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see157

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see157

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see155

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see154

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see154

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri