Paşinyan erməni xalqını sülhə hazırlaya biləcək? Elmar Məmmədyarovdan AÇIQLAMA
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
Azərbaycan və Ermənistan arasında sülh quruculuğu çərçivəsində hər iki xalqın buna hazır olması olduqca vacibdir. Amma qarşı tərəfdə bu məsələdə vəziyyət heç də ürəkaçan səviyyədə deyil.
Ötən gün Baş nazir Nikol Paşinyan təəssüflə bildirib ki, Ermənistan sülhün nə olduğunu bilmir və təcrübəsi yoxdur.
Bəs, Paşinyan öz xalqını sülhə hazırlaya biləcəkmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Ermənistan cəmiyyətini sülhə hazırlamaq heç də asan məsələ deyil:
“Paşinyan da bu reallığı etiraf edib. Belə vəziyyətdə rəsmi İrəvanın qətiyyətli olması üçün ilk növbədə qarşıdan gələn parlament seçkilərində Paşinyanın komandası qalib gəlməlidir.
Əgər Paşinyan seçkiləri udsa, o zaman referenduma da cəsarətlə gedəcək və yəqin ki, istədiyini xalqından alacaq. Amma Paşinyanın seçkilərdə uduzacağı təqdirdə mənzərə fərqli ola bilər.
Bununla belə hazırkı vəziyyətdə Paşinyan və onun komandası xalqı sülhə hazırlamağa çalışır. Bunu aydın görürük”.
Surxay Atakişiyev, Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 16 Noyabr 2025 11:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















