Paşinyan: “Ermənistan 2026 cı ildə Azərbaycan və Türkiyə ilə sərhəd məsələlərində irəliləyiş gözləyir“
Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.
2026-cı ildə "Tramp Marşrutu" (TRIPP) layihəsinin praktiki mərhələsinin həyata keçirilməsinə başlanacaq ki, bu da Ermənistan üçün böyük bir fürsətdir.
Moderator.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu dekabrın 26-da Ermənistanın Baş naziri Nikol Paşinyan Dövlət Gəlirləri Komitəsində çıxış edərkən bəyan edib.
"Biz 2026-cı ildə TRIPP-in praktiki mərhələsinə daxil oluruq, lakin biz bu fürsətdən bütün gömrük məntəqələrimizdə tamamilə yeni texniki və məzmun təchizat səviyyəsinə çatmaq üçün istifadə edirik. Bu bizim üçün bir çağırışdır, lakin digər tərəfdən, bu çox böyük bir imkandır. Çünki bu gün biz 8 avqust 2025-ci il tarixli sazişlər sayəsində bütün müasir texnologiyalara çıxışa malikik və bu texnologiyalar işimizi daha keyfiyyətli yerinə yetirməyə kömək edəcək", - deyə Paşinyan bildirib.
Onun sözlərinə görə, Ermənistan bununla paralel olaraq təkcə Ermənistan-Azərbaycan sərhədində deyil, həm də Ermənistan-Türkiyə sərhədində irəliləyiş gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 26 Dekabr 2025 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















