Paşinyan: Ermənistan Aİİ də özünü yaxşı hiss edir
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan Avrasiya İqtisadi İttifaqında (Aİİ) özünü yaxşı hiss edir.
Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Baş nazirin sözlərinə görə, bunu rəqəmlər sübut edir.
"Lakin eyni zamanda, erməni xalqının bir hissəsinin Ermənistanın gələcəyi üçün variantlar formalaşdırmaq istəyini görməzdən gələ bilmərik", - o bildirib.
N.Paşinyan qeyd edib ki, ölkə balanslaşdırılmış xarici siyasət yürüdür.
Daha əvvəl Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirmişdi ki, Avropa ölkələri ilə bazarların açılması Ermənistan üçün Aİİ ölkələri ilə bazarların bağlanması deməkdir.
O, həmçinin qeyd edib ki, Ermənistanın Aİİ ölkələri ilə ticarəti ötən il 12 milyard dollar təşkil edib ki, bu da Ermənistanın Avropa İttifaqı ilə ticarət həcmindən dəfələrlə çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 31 Yanvar 2025 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















