Paşinyan: Ermənistan ordusunun sərhədlərindən kənarda həll etməli heç bir vəzifəsi yoxdur
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistan ordusunun fəaliyyət sahəsi yalnız ölkənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisi ilə məhdudlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Parlamentin daimi komissiyalarının birgə iclasında çıxışı zamanı deyib.
Baş nazirin sözlərinə görə, hökumət “döyüş qabiliyyətli ordu” anlayışını “müdafiə qabiliyyətli ordu” anlayışı ilə əvəz etməyi vacib sayır.
“Bizim üçün çox önəmlidir ki, gündəlik işgüzar dialoqlarda ‘döyüş qabiliyyətli ordu’ ifadəsini ‘müdafiə qabiliyyətli ordu’ anlayışı ilə əvəz edək. Çünki ‘döyüş qabiliyyətli ordu’ dedikdə, döyüşün harada baş verəcəyi dəqiq göstərilmir. Biz isə vurğulamaq istəyirik ki, Ermənistan ordusu yalnız ölkənin ərazi bütövlüyünü, suverenliyini və vətəndaşlarının təhlükəsizliyini qorumağa yönəlməlidir”, — Paşinyan bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 27 Oktyabr 2025 11:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















