Paşinyan Ermənistan və Türkiyə arasında dəmir yolunun açıldığını bildirib
Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Baş naziri Nikol Paşinyan Axalkalaki–Qars dəmir yolu Ermənistanın ixrac və idxalı üçün açıldığını bildirib.
APA xəbər verir ki, Nikol Paşinyan bu barədə sosial şəbəkədə paylaşım edib.
“Sevinclə elan edirəm ki, Axalkalaki–Qars dəmir yolu artıq Ermənistandan ixrac və Ermənistana idxal üçün açıqdır. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir”, - deyə Ermənistan Baş naziri vurğulayıb.
Nikol Paşinyan qeyd edib ki, hazırda Ermənistanın Gürcüstan və Azərbaycan vasitəsilə Rusiya ilə, Rusiya və Qazaxıstan vasitəsilə Çinlə, bundan sonra isə Gürcüstan və Türkiyə üzərindən Avropa İttifaqı ilə dəmir yolu əlaqəsi mövcuddur: “Yaxın gələcəkdə Ermənistan–Türkiyə, Ermənistan–Azərbaycan və daha sonra Naxçıvan vasitəsilə Ermənistan–İran dəmir yolunun açılması gözlənilir. TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində biz yaxın gələcəkdə bu hadisələrin şahidi olacağıq”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:283
Bu xəbər 24 May 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















