Paşinyan: Ermənistanda Azərbaycana dair qarşıdurma ritorikası işlədilir
Icma.az, Modern.az portalına istinadən məlumat yayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində Azərbaycanla münasibətlərin normallaşması ilə bağlı qarşıdurma ritorikasından istifadə olunduğunu bildirib.
Modern.az xəbər verir ki, Paşinyan bunu BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib. Onun sözlərinə görə, bəzən rəsmi səviyyədə də səslənən belə fikirlər normallaşma prosesinə dair bədbinliyi gücləndirir.
Baş nazir regionda kommunikasiyaların açılmasından danışarkən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Ermənistan ərazisindən maneəsiz əlaqənin təmin olunmalı olduğunu qeyd edib. O, həmçinin Türkiyədən Ermənistanla dəmir yolu əlaqəsini açmasını gözlədiyini bildirib.
Paşinyan İrəvanla Moskva arasındakı münasibətlərin “dəyişmə mərhələsində” olduğunu da söyləyib: “İndi Azərbaycanla sülh qurduğumuz üçün Ermənistan–Rusiya münasibətləri təbii olaraq dəyişəcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 25 Sentyabr 2026 10:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















