Paşinyan Ermənistanda enerji sektorunun rəhbərliyinə öz adamını təyin edib
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın İctimai Xidmətlərə Nəzarət Komissiyası həbsdə olan rusiyalı biznesmen Samvel Karapetyanın "Elektrik Şəbəkələri" QSC barəsində icraata başlayıb və baş nazir Nikol Paşinyanın Vətəndaş Sazişi Partiyasının İdarə Heyətinin üzvü Romanos Petrosyanı şirkətin müvəqqəti meneceri təyin edib.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Nəzarət Komissiyasının məlumatında deyilir.
Qeyd olunur ki, bununla da S.Karapetyan şirkətin idarəçiliyi üzərində nəzarəti itirir və Nikol Paşinyanın enerji sektorunda milliləşdirməyə dair siyasəti öz nəticəsini verməyə başlayır.
Xatırladaq ki, 18 iyun tarixində Ermənistan Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi "Tashir" şirkətlər qrupunun prezidenti Samvel Karapetyanı həbs edib. Ona qarşı hakimiyyətin zorla ələ keçirilməsinə çağırış ittihamı irəli sürülüb. S.Karapetyan Ermənistanın elektrik şəbəkəsinin sahibi hesab idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 18 İyul 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















