Paşinyan Ermənistanda əzici üstünlüklə qalib gəlir
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Ermənistanda 21 icmada yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.
Axar.az xəbər verir ki, seçkilərin nəticələri ilə bağlı yekun məlumat hələ yoxdur.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçkilərdə müxtəlif icmalar üzrə təqribən 40-60 faiz civarından seçici iştirak etdiyini açıqlayıb. Yalnız Lori vilayətinin Fioletovo icmasında 25,39% seçici fəallığı qeydə alınıb.
Ən yüksək seçici fəallığı isə Lori vilayətinin Stepanavan icmasında olub— 68,83%.
Hakim Mülki Müqavilə Partiyası seçkilərdə ciddi üstünlük qazandığını artıq elan edib. Ermənistan parlamentinin sədr müavini Vaaqn Aleksanyanın sözlərinə görə, Kirantsda Mülki Müqavilə Partiyasından olan namizədlər səslərin 88,89%-ni toplayıb.
Mehri icmasının Müvədi qəsəbəsində hakim partiya səslərin 74,4%-i, Kurisdə 72,97%-ni, Liçqdə 83%-ni, Taştunda 64,56%-ni, Lehvazda isə 79,38-ni toplayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 25 Oktyabr 2026 22:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















