Paşinyan Ermənistandakı “nifrət və laqeydlik” iddialarını rədd etdi
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan müxalifət dairələrinin ölkədə gərginlik və nifrət hökm sürdüyü ilə bağlı iddialarını təkzib edib.
Bakıvaxtı.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.
Paşinyan bu fikirlərə cavab olaraq Vardavar bayramında keçirilən kütləvi tədbirlərin görüntülərini nümunə göstərib:
“Bəzi müxalifət dairələrinin yaratdığı əsas narrativ ondan ibarətdir ki, guya Ermənistanda gərginlik, laqeydlik və nifrət hökm sürür. Amma Vardavarda keçirilən şənliklərin görüntülərinə baxarkən sual edirəm: bu gərginlik, nifrət və laqeydlik haradadır?” – deyə o bildirib.
Paşinyan iddia edib ki, cəmiyyət artıq bu cür “yalançı elit qrupların” ritorikasına inanmır.
Qeyd edək ki, Vardavar Ermənistanda su ilə bağlı keçirilən ənənəvi xalq bayramıdır və bu il də kütləvi iştirakla qeyd olunub.
Əli Hüseynov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 28 İyul 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















