Icma.az
close
up
RU
Paşinyan güc strukturlarını niyə teztez dəyişir?

Paşinyan güc strukturlarını niyə teztez dəyişir?

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Ermənistanın Baş naziri Nikol Paşinyan son dövlərdə Rusiya ilə bağlı mövqelərini yaxınlaşdırmağa çalışır”.

Bunu politoloq Turab Rzayev Ermənistan hökumətindəki istefaları Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, baş nazirin Qərbə inteqrasiyaya çox da inanmadığı ortaya çıxır:

"Bu məqam Paşinyanın komandasında narazılıqların yaranmasına səbəb ola bilər. Xüsusən, Gürcüstanda keçirilən seçkilərin nəticələri Rusiyanın regionda güclənməsinin anonsunu verdi. Paşinyan təkbaşına Qərbin maraqlarını regionda müdafiə edə biləcəyindən əmin deyil. O bilir ki, Rusiyanın təsiri ilə hesablaşmaq məcburiyyətində qalacaq. Görünür, Paşinyanın komandasındakı Qərbpərəstlər, heç bir halda Rusiya ilə əməkdaşlığa yaxın durmayanlar özləri istefa ərizəsi yazırlar. Bununla həm də Paşinyan hökuməti üzərində təzyiq formalaşdırırlar ki, hökumət Qərbpərəst mövqedən əl çəkməsin, Moskva ilə yaxınlaşmasın".

Turab Rzayev: Paşinyan yeni siyasi düzənə uyğun kadrlar formalaşdırmağa çalışır

Analitik bildirib ki, Paşinyanın komandasında köhnə kadrlar çoxdur:

"Paşinyan özü küçə etirazları ilə hakimiyyətə gəlib. Onun əvvəlcədən vahid komandası olmayıb. Daha çox keçmiş liberal cinahdan olan Levon Ter-Petrosyanın komandasından istifadə edib. Yəni Paşinyan köhnə kadrlarla ölkəni idarə etməyə davam edir ki, onların içində "Qarabağ klanı" adlanan Koçaryan-Sarkisyan cütlüyünə aid kadrlar da var. Bunu ifadə etməsələr də, hökumətdə Rusiyaya bağlı kadrlar çoxdur. Paşinyanın güc strukturlarını vaxtaşırı dəyişməsi də bundan qaynaqlanır. İrəvanın məlumatı olmadan hərbi sahədə baş verən müəyyən hadisələr, təxribatlar da bunu göstərir. İstənilən halda Paşinyan yeni siyasi düzənə uyğun idarəetmə və kadrlar formalaşdırmağa çalışır".

Məlum olduğu kimi, Baş nazir Nikol Paşinyan hökumətin mühüm postlarında çalışan rəsmiləri, o cümlədən, güc strukturlarının rəhbərlərini istefaya göndərib. İstefa verənlər arasında Ermənistan daxili işlər naziri, İstintaq Komitəsinin rəhbəri, Korrupsiyaya qarşı Mübarizə Komitəsinin rəhbəri və Ermənistan Ali Məhkəmə Şurasının rəhbəri də var. Bundan əlavə, parlamentin hakim "Vətəndaş Sazişi" partiyasından olan deputatlar Ovik Ağazaryan və Narek Zeynalyan mandatlarını təhvil verməyə hazırlaşırlar.

Aydın Baxış

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Noyabr 2024 16:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri