Paşinyan Gümrüdə növbədən kənar seçkilərin keçirilməsini istəyir
Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Gümrünün Ağsaqqallar Şurasına (bələdiyyəsinə) növbədənkənar seçkilərin mümkün qədər tez keçirilməsinin vacibliyini bəyan edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, "Gümrünün məhəllələrində gördüklərim, açığını desəm, mənim üçün gözlənilməz və sarsıdıcı oldu. Mən təsəvvür edə bilməzdim ki, baş naziri olduğum ölkədə həyətlər bu vəziyyətdə ola bilər. Mən demişdim ki, Gümrüdə növbədənkənar seçkilər mümkün qədər tez keçirilməlidir. Buna qədər isə orada təxirəsalınmaz tədbirlər görməliyik", - deyə o, müşavirə zamanı bildirib.
Xatırladaq ki, 2025-ci il oktyabrın 20-də hüquq-mühafizə orqanlarının əməkdaşları Gümrü meriyasında axtarışlar aparıblar. Daha sonra Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi rüşvətxorluq işi üzrə aparılan istintaq çərçivəsində səkkiz nəfərin, o cümlədən bələdiyyə sədri Vardan Qukasyan saxlanıldığını açıqlayıb.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 09 İyun 2026 19:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















