Icma.az
close
up
RU
Paşinyan Gümrüyə nəzarəti İTİRİR

Paşinyan Gümrüyə nəzarəti İTİRİR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ermənistanın ikinci ən böyük şəhəri olan Gümrüdə yerli seçkilər keçirilib.

Modern.az-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Mülki Müqavilə Partiyası səslərin cəmi 36,8 faizini toplayıb və şəhər şurasında mütləq çoxluq əldə edə bilməyib.

Onun potensial müttəfiqi olan Qərbyönlü “Avrosəs” bloku isə 6 faizlik keçid baryerini aşa bilməyib və nəticədə şurada təmsil olunmaq hüququ qazanmayıb. Qeyd edək ki, şura Gümrünün yeni meri təyin etmək səlahiyyətinə malikdir.

Seçkilərdə Ermənistan İcma Partiyasının namizədi, keçmiş mer Vartan Qukasyan 20,7 faiz səslə ikinci yeri tutub. Üçüncü yeri isə müxalifətçi deputat Martun Qriqoryanın rəhbərlik etdiyi “Bizim Şəhər” bloku 15,9 faiz səslə qazanıb. Daha iki müxalifətçi namizəd – televiziya prodüseri Ruben Mxitaryan və iş adamı Karen Simonian isə müvafiq olaraq 7,9 və 6,2 faiz səs toplayıblar.

Beləliklə, müxalifət qüvvələri Gümrü şəhər şurasında 33 yerdən 18-ni əldə edib, vahid namizəd irəli sürmək və mer postuna öz namizədlərini gətirmək imkanına sahib olublar. Qukasyan seçki kampaniyası zamanı bildirib ki, digər müxalifət qüvvələrindən daha çox səs toplasa, şəhərin meri ola bilər

Mxitaryan və Simonianın blokları dərhal Qukasyanın namizədliyini dəstəkləyəcəklərini açıqlayıblar. Lakin Qriqoryan hələ ki, onun namizədliyini dəstəkləyəcəyi barədə açıq bəyanat verməyib.

Mülki Müqavilə Partiyasının vəzifəli şəxsi Vahe Qalumyan seçki nəticələrini şərh edib və iqtidar partiyasının yeni şəhər şurasına nəzarət edə bilməyəcəyini etiraf edib. O, bunun məğlubiyyət kimi dəyərləndirilməməsi lazım olduğunu iddia etsə də, siyasi ekspertlər bunu Paşinyan üçün ciddi uğursuzluq hesab edirlər.

Qeyd edək ki, Mülki Müqavilə Partiyası İrəvan yaxınlığında keçirilən başqa bir seçkidə də məğlub olub. O seçkilərdə müxalif “Aprelu Yerkr” bloku 56 faiz səs toplayaraq qalib gəlib.

Seçki prosesi ərzində bəzi qanun pozuntuları qeydə alınıb. Müxalifət nümayəndələri və müstəqil müşahidəçilər Gümrüdə müxtəlif seçki pozuntularının olduğunu bildiriblər. Müxalifətçi Qriqoryan seçkilər zamanı hüquq-mühafizə orqanlarını onun tərəfdarlarını qanunsuz şəkildə saxlamada ittiham edib. Ermənistanın Antikorrupsiya Komitəsi isə onların seçki cinayəti törətməkdə şübhəli bilinərək saxlanıldığını açıqlayıb.

Qeud edək ki, Gümrü həm Ermənistanın ikinci ən böyük şəhəri, həm də Rusiya hərbi bazasının yerləşdiyi bir məkan kimi xüsusi önəm daşıyır. Bu şəhərdə siyasi qüvvələrin dəyişməsi ölkə siyasətinə ciddi təsir göstərə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://modern.az
archiveBu xəbər 31 Mart 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MİDA modeli: əlçatan mənzildən təhlükəsiz seçimə

04 Sentyabr 2026 20:01see286

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see284

“Təbii xına” adı ilə dərinizə nə çəkirlər? Müvəqqəti tatunun gizli TƏHLÜKƏSİ

04 Sentyabr 2026 21:06see266

Yuxusuz qalanlar bunu mütləq bilməlidir

04 Sentyabr 2026 17:31see263

Həkim əməyinin qiymətləndirilməsi səhiyyənin gələcəyinə qoyulan sərmayədir Füzuli Əliyev

04 Sentyabr 2026 18:34see255

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see252

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see252

Sentyabrın 5 də anomal isti olacaq

04 Sentyabr 2026 18:25see243

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see239

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see231

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see213

İlk 3 yaşa qədər uşaqlara çay vermək qan azlığına səbəb olur Pediatrdan XƏBƏRDARLIQ

04 Sentyabr 2026 17:22see210

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see200

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see199

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see191

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see188

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see181

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see179

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see178

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri