Icma.az
close
up
RU
Paşinyan: “Hakimiyyəti ələ keçirmək planı iflasa uğradı” Qalstanyan istintaqa cəlb olunub

Paşinyan: “Hakimiyyəti ələ keçirmək planı iflasa uğradı” Qalstanyan istintaqa cəlb olunub

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


“Müqəddəs mübarizə” hərəkatının lideri arxiyepiskop Baqrat Qalstanyan və onun tərəfdarları terror aktları törətmək və konstitusiyaya zidd yollarla hakimiyyəti ələ keçirmək niyyətində şübhəli bilinir.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hazırda Qalstanyanın yaşadığı evdə istintaq hərəkətləri aparılır.
İstintaq Komitəsinin məlumatına görə, qanuni yolla hakimiyyət dəyişikliyinə nail ola bilməyən Qalstanyan 2024-cü ilin noyabrında zorakı hərəkətlərə hazırlaşmağa başlayıb.
Komitə iddia edir ki, etiraz hərəkatının lideri bir sıra tərəfdarları ilə əlbir olaraq zorakılıq aksiyalarına, o cümlədən müvafiq avadanlıqların alınmasına hazırlıq tədbirləri görüb.
Komitədən bildirilib ki, hərəkat tərəfdarları arasında aparılan müzakirələr zamanı keçmiş hərbçilərdən və keçmiş polis əməkdaşlarından ibarət hər biri 20-25 nəfərdən ibarət 200-ə yaxın “zərbə” qrupunun yaradılması barədə qərar qəbul edilib. Hər bir qrup əvvəlcədən təyin edilmiş tapşırıqları yerinə yetirərək, başqaları ilə ünsiyyət qurmadan, müstəqil hərəkət etməli idi.
Hüquq-mühafizə orqanlarının fikrincə, məqsəd 36 saat ərzində İrəvanda və Ermənistanın digər ərazilərində xaos yaratmaq və sabitliyi pozmaq olub. Hər şeyin hakimiyyətin diqqətini yayındırmalı olan hökumət binası yaxınlığında mitinqlə başlayacağı güman edilirdi.
İstintaq Komitəsinin iştirakçıların müzakirə etdiyi mümkün hərəkətlər arasında partlayışlar, binalarda atışma, yanğın törətmə, infrastruktura ziyan vurma, nəqliyyatın hərəkətinin qarşısını alma və hökumət saytlarına kiberhücumlar daxildir. Ehtimallara görə, bu, çaxnaşma yaratmalı və dövlət qurumlarının işini pozmalı idi.
Hərəkatın iştirakçıları 2025-ci ilin yanvarından planı həyata keçirməyə hazırlaşmağa başlayıblar. Onlar şəhərin infrastrukturu haqqında məlumat toplayıblar, xəritələr, avadanlıqlar əldə ediblər. Həmçinin, planlaşdırılan ssenariləri həyata keçirmək üçün 2025-ci ilin yanvar ayından etibarən 1000-ə yaxın insan işə götürülüb.
“Lakin bütün bu planlar Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən vaxtında aşkar edilib və iflasa uğrayıb”, - İstintaq Komitəsi bildirib.
Digər tərəfdən, Ermənistan Baş nazir Nikol Paşinyan sosial şəbəkə hesablarında hüquq-mühafizə orqanlarının ölkədə hakimiyyəti ələ keçirmək üçün kriminal oliqarx ruhanilərin planının qarşısını aldığını bildirib:
“Ermənistanda hakimiyyəti ələ keçirmək planı iflasa uğradı”.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 25 İyun 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri