Icma.az
close
up
RU
Paşinyan hələ də Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarından ehtiyat edir Deputat

Paşinyan hələ də Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarından ehtiyat edir Deputat

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycan və Türkiyə arasında tranzitə texniki və siyasi baxımdan hazır olduğunu bildirməsi Cənubi Qafqazda sülh çərçivəsində yaranan müsbət dinamikanın göstəricisidir. Bu, həm regionun kommunikasiyalarının açılması prosesində, həm də Ermənistanın uzun illər təcrid siyasətindən uzaqlaşmağa məcbur qalmasından qaynaqlanır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının Partiyasının sədr müavini Günay Ağamalı Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvanın Azərbaycan və Türkiyə arasında tranzitə texniki və siyasi baxımdan hazır olduğunu bildirməsini şərh edərkən dedi.

Onun sözlərinə görə, bu addım Prezident İlham Əliyevin illərdir həyata keçirdiyi regional əməkdaşlığa, nəqliyyat inteqrasiyasına və qarşılıqlı faydalı əlaqələrə əsaslanan siyasətin növbəti nəticəsidir:

"Azərbaycan öz iqtisadi və siyasi çəkisini elə bir səviyyəyə qaldırıb ki, regionda istənilən təşəbbüsün uğuru Bakı ilə əməkdaşlıqdan keçir.  Eyni zamanda biz burada Türkiyə faktoruna da diqqət etməliyik. Qərbyönümlü siyasət həyata keçirən Nikol Paşinyan üçün Ankara ilə münasibətləri normallaşdırmaq zərurətdir".

Deputat əlavə etdi ki, Rusiya və digər regional güclərin mövqeyi baxımından bu bəyanat müəyyən tarazlıq dəyişikliklərinə səbəb ola bilər.

"Baş nazir Nikol Paşinyan hələ də Rusiyanın Ermənistan üzərindəki təsir rıçaqlarından ehtiyat edir. Lakin əsas məsələ mümükün qədər çevik reaksiya verməklə bağlıdır. Paşinyanın  bəyanatını reallığa çevirmək üçün İrəvanın hələ bir sıra addımlar atması lazımdır. Əgər Ermənistan bu istiqamətdə sözünü əmələ çevirərsə, bu, Zəngəzur dəhlizinin açılması və Orta Dəhlizin tam inteqrasiyası prosesinə xidmət edəcək, regionda uzunmüddətli sülh və sabitlik üçün yeni imkanlar yaradacaq. Azərbaycan tərəfi hər zaman bölgədə sülhün, açıq kommunikasiyaların və əməkdaşlığın tərəfdarı olub. Əsas məsələ Paşinyan hökumətinin bu bəyanatı real siyasi iradə ilə təsdiqləyib-təsdiqləməyəcəyidir. Çünki sabitlik yalnız sözlə deyil, əməli addımlarla təmin olunur", - deyə Günay Ağamalı vurğuladı. 

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Oktyabr 2025 19:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see229

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see202

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see196

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see161

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see161

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see147

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see146

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see141

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see141

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see141

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see139

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see137

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see137

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see136

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri