Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: “Cümə axşamını gözləyin“
Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər.
Moderator.az bildirir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib.
Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansısa bir qərarın qəbul edilib-edilməməsi barədə soruşublar.
Paşinyan sualını cavablandırmaqdan imtina edərək, qısa olaraq "cümə axşamı brifinqimiz olacaq" deyə cavab verib. Onun ekstradisiya edilib-edilməyəcəyi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə dəqiqləşdirici sualı isə Paşinyan cavabsız qoyaraq oradan uzaqlaşıb.
Qeyd edək ki, oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Nəsimi Musayev Ermənistanın təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb. Zəngəzurun Şəki kəndi istiqamətində naməlum şəraitdə dövlət sərhədini keçən azərbaycanlı hərbçi barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 06 Oktyabr 2026 16:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















