Icma.az
close
up
RU
Paşinyan hökuməti gizli xarici əks kəşfiyyat qurur

Paşinyan hökuməti gizli xarici əks kəşfiyyat qurur

Moderator.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ermənistan hökuməti 6 noyabr tarixində milli təhlükəsizlik sistemində ciddi struktur islahatlarına start verib.

Moderator.az erməni mediasına istinadən xəbər verir ki, yerli Nazirlər Kabineti təcili qaydada qanunvericiliyə dəyişiklikləri təsdiqləyərək Milli Təhlükəsizlik Xidmətində (MTX) yeni və strateji əhəmiyyətli bir qurum — xarici əks-kəşfiyyat bölməsinin yaradılmasını qərara alıb. Qanun layihəsi təcili müzakirə üçün parlamentə göndərilib.

Yeni struktur dövlət məlumat bazalarına geniş giriş hüququ əldə edəcək və Ermənistanın xaricdəki diplomatik nümayəndəliklərinin təhlükəsizliyinə cavabdeh olacaq. Bu addım, 2022-ci ildə qəbul edilmiş “Xarici kəşfiyyat fəaliyyəti haqqında” qanunun praktiki inkişafı kimi qiymətləndirilir və ölkənin kəşfiyyat sisteminin daha səmərəli və koordinasiyalı fəaliyyətinə yönəlib.

Rəsmi məlumata görə, yeni orqan MTX-nin Baş Kəşfiyyat İdarəsinin bazasında formalaşdırılacaq. Onun əsas vəzifələri sırasında xarici dövlətlərdəki diplomatik missiyaların mühafizəsi, təhlükəsizlik təhdidlərinin operativ aşkarlanması və məlumat mübadiləsinin təkmilləşdirilməsi dayanır.

Layihəyə əsasən, xarici əks-kəşfiyyat bölməsi dövlət və yerli idarəetmə orqanlarının, eləcə də müxtəlif təşkilatların informasiya sistemlərinə və məlumat bazalarına ödənişsiz və məsafədən çıxış hüququna malik olacaq. Bu, MTX-yə ölkə daxilində və xaricdə təhlükəsizlik risklərini real vaxt rejimində izləməyə imkan verəcək.

Bundan başqa, dəyişikliklər kadr siyasətinə də şamil olunur. Yeni qaydalara əsasən, artıq MTX-nin sərhəd qoşunlarına, xüsusi təyinatlı hissələrinə və yüksək ixtisas tələb edən vəzifələrə 30 yaşdan yuxarı şəxslərin də qəbuluna icazə veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://moderator.az
archiveBu xəbər 06 Noyabr 2025 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see193

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see163

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see150

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see149

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see147

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see146

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see145

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see144

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see144

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see136

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see135

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see134

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see132

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see132

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see132

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see132

“Araz Naxçıvan” “Şamaxı”nı qəbul edir YENİLƏNİR

21 Dekabr 2025 12:07see130

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri