Paşinyan iki ərazinin Azərbaycana veriləcəyini elan etdi Qazaryan
GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə KTMT ilə bağlı açıqlamaları ilə Sünik (Zəngəzur-red.) və Vayots Dzorun (Dərələyəz mahalı-red.) Azərbaycana təhvil veriləcəyini elan etmiş oldu”.
Globalinfo.az xəbər verir ki, bunu erməni ictimai və siyasi xadim Edqar Qazaryan deyib.
O, Paşinyanın son açıqlamalarının erməni xalqına mesaj olduğunu bildirib:
“Baş nazir Ermənistanın KTMT-yə dönüş yolunun artıq olmadığını dedi. Yəni Azərbaycanla hərbi qarşıdurma olarsa, daha bu təşkilata mütaciət etməyəcik. Çünki o, KTMT-nin buna mane olmayacağını deyib. 2020-ci ildə Rusiya hərbçiləri İrəvanın tələbi ilə Sünikdən, 2024-cü ildə Qarabağdan çıxarıldı. Həmçinin Azərbaycanla sərhəddə yerləşən qoşunların 17 bazası da ləğv olunub. Bunların bəziləri Tiqaranaşen (Kərki-red.) Yaxınlığında yerləşirdi. Ermənistandan da Rusiyaya Qafanda konsulluq açmasına icazə vermir. Yəni bütün bunlar o deməkdir ki, Paşinyan ərazilərin təhvilinə indidən şərait yaradır. Onun son çıxışı da məhz bunun elanı idi”.
Ayşən Mustafa
Globalinfo.az
Baxış sayı:105
Bu xəbər 05 Dekabr 2024 09:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















