Icma.az
close
up
RU
Paşinyan jurnalistin bu sualına cavab vermədi NİYƏ?

Paşinyan jurnalistin bu sualına cavab vermədi NİYƏ?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyanın Gorusa səfəri zamanı jurnalist ona “Siz Azərbaycan Prezidenti İlham Əliyevlə Əbu-Dabidə yenə görüşəcəksinizmi” sualını verib.

“Cebheinfo.az”-ın məlumatına görə, Nikol Paşinyan qeyd edilən suala cavab verməyib.  

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyi Əbu-Dabi görüşünün nəticələrinin uğurlu olduğunu və sülh prosesinin gələcəkdə həyata keçirilməsi üçün əsas ola biləcəyini bildirib. 

Xüsusilə də, həm Azərbaycan, həm də Ermənistan tərəfinin danışıqların nəticələrinə dair eyni məzmunlu məlumat yayması Əbu-Dabidə müəyyən bir razılaşmanın olmasına dair rəylərin yaranmasına səbəb oldu.

Bu isə görüşlərin davamlı olacağını deməyə əsas yaradır. Lakin Paşinyanın bununla bağlı suala cavab verməkdən yayınması daha çox müzakirələrdəki konfidensiallığı saxlamağa xidmət edən davranış kimi qiymıtləndirilə bilər.

Çünki ABŞ-nin Zəngəzur dəhlizinin açılmasını və sülh sazişinin imzalanmasını nəzərdə tutan “yol xəritəsi”nin Əbu-Dabi platformasında müzakirəyə çıxarılması Ermənistanda kilsə-müxalifət ittifaqı ilə hakimiyyət arasında siyasi qarşıduramın artdığı bir vaxta təsadüf edir.

Ona görə də Paşinyanın görüşün davamlı olacağını təsdiq etməsi Baş nazirə qarşı siyasi təzyiqləri artıra bilər. Ancaq bu təzyiqlər yalnız daxildən deyil, eyni zamanda xaricdən də baş verir.

Daha dəqiq desək, Rusiya xarici işlər nazirinin müavini Qaluzinin açıqlaması rəsmi Moskvanın sülhyaratma prosesində ABŞ-nin iştirakına qarşı etiraz bəyanatı kimi başa düşülə bilər.

Eyni zamanda, Rusiya Zəngəzur dəhlizinin başqa dövlətin nəzarətinə verilməsini özünün regiondakı maraqlarına təhlükə hesab edir. Bu baxımdan, Paşinyanın növbəti görüşün mümkünlüyü barədə qeyri-müəyyən vəziyyəti əks etdirən susqun davranışı anlaşılandır. 

Üçüncü amil kimi danışıqlarda tərəflər arasında hələ də razılaşdırılmamış məsələləri qeyd etmək olar. Yəni Əbu-Dabidə növbəti görüş mübahisəli qalan bəndlərlə bağlı Azərbaycanın və Ermənistanın ümumi mövqeyə gəlməsindən asılı olacaq.

Ona görə də Əbu-Dabi görüşü yalnız liderlər deyil, xarici işlər nazirləri səviyyəsində də davam etdirlə bilər. Görüş kifayət qədər qapalı şəraitdə keçdiyindən hansı məsələ ilə bağlı razılıq əldə edilib-edilmədiyini birmənalı söyləmək çətindir.

Lakin Ermənistan XİN-in mətbuat katibi Ani Badalyanın açıqlaması tərəflərin nəqliyyat-kommunikasiya əlaqələrinin açılması və sülh sazişinin mətni üzərində ciddi irəliləyişə nail olduğuna ümid yaratmır.

Badalyanın sözləri Ermənistanın “dəhliz” termininin əleyhinə çıxdığını və Əbu-Dabidə “Sülh kəsişməsi” layihəsi kimi mənasız ideyanı yenidən irəli sürdüyünü deməyə əsas verir. Bu isə müzakirələri yalnız ləngidə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:117
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 12 İyul 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see204

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri