Icma.az
close
up
RU
Paşinyan: Karapetyana xalqa dəymiş ziyanı ödəmək üçün bir ay vaxt verilib

Paşinyan: Karapetyana xalqa dəymiş ziyanı ödəmək üçün bir ay vaxt verilib

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Ermənistanın baş naziri Nikol Paşinyan erməni əsilli rusiyalı iş adamı Samvel Karapetyana məxsus "Ermənistanın Elektrik Şəbəkələri" (ESA) şirkətinə vətəndaşlara dəymiş ziyanı ödəmək üçün bir ay vaxt verdiyini bildirib. 

Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.

"Bir ay əvvəl mən hökumətin səlahiyyətli üzvlərinə göstəriş vermişdim ki, ya ESA-nın insanlara vurduğu ziyanı bir ay ərzində bərpa etsinlər, ya da şirkət milliləşdiriləcək", deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, şirkətin hərəkətləri ölkədə böhran yaradıb və son vaxtlar iş adamının başına gələnlər bununla bağlı ola bilər. Paşinyan vurğulayıb ki, göstərilən müddət iyunun 21-də başa çatır. Siyasətçi sosial şəbəkələrdə rusiyalı milyarderi fırıldaqçı adlandırıb.

Bundan əvvəl Ermənistanın baş naziri "Taşir" Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" şirkətini milliləşdirmək niyyətində olduğunu bəyan edib.

İyunun 17-də axşam Samvel Karapetyanın qardaşı Karen Karapetyan Ermənistanda "Taşir" Şirkətlər Qrupunun rəhbərinin həbslə hədələndiyini bildirib.

Onun vəkili Armen Feroyan isə bildirib ki, Ermənistanın istintaq orqanları milyarder Samvel Karapetyanı ölkədə hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edib. Müdafiəçinin sözlərinə görə, istintaq iş adamının həbsi üçün vəsatət qaldıracaq. Müdafiəçi iş adamının təqsirini boynuna almadığını vurğulayıb.

"Samvel Karapetyana qarşı qeyri-qanuni ittihamla qaldırılıb, müştərimiz bununla razılaşmır. Onu guya hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham edirlər və bu ittiham üçün əsasdır. Bunun reallıqla heç bir əlaqəsi yoxdur", deyə Armen Feroyan "RİA Novosti"yə bildirib.

Vəkilin sözlərinə görə, bir gün əvvəl Samvel Karapetyanın evinin yaxınlığında 50-dən çox adam saxlanılıb. Milyarderin özü isə iyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 İyun 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see370

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see238

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see236

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see230

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see230

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see226

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see224

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see224

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see223

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see220

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see215

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see210

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see210

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see208

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see208

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see208

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see208

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see205

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri