Paşinyan Kərki ilə bağlı təlimat verdi
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ermənistan Baş naziri Nikol Paşinyan komanda üzvlərinə Bişkekdən qayıdanadək Rusiya əleyhinə açıqlama verməmələri və Kərki məsələsini gündəmə gətirməmələri barədə təlimat verib.
Redaktor.az xəbər verir ki, bu barədə “İravunk” məlumat yayıb.
Ermənistan nəşri Paşinyandan sitat da gətirib:
“Gəlib yekun nəticəni deyəcəm, sonra həll edərik. Mən Bişkekdə olanda burada özünüzdən oyun çıxarmayın. İki günlük taym-aut”.
Ermənistan Baş naziri hazırda Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı üçün Qırğızıstanın paytaxtındadır. O, dünən Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Xatırladaq ki, Nikol Paşinyan bundan əvvəl 1991-ci il xəritələrinə əsasən Kərki, Barxudarlı və Yuxarı Əskipara kəndlərinin Ermənistan yox, Azərbaycan ərazisi olduğunu bəyan etmişdi. Bununla belə, onun adını çəkmədiyi Sofulu kəndi də Azərbaycana qaytarılmalı olan ərazilər daxilindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 01 Sentyabr 2026 09:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















