Paşinyan keşişləri zindana salır, Koçaryan isə Egeydə günəş vannası qəbul edir
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Ölkədə repressiyaların tüğyan etdiyi, erməni kilsəsinə hücum olunduğu, keşişlərin həbs edildiyi bir vaxtda Ermənistanın ikinci prezidenti Robert Koçaryan Yunanıstanda, Egey dənizinin sahillərində istirahət edir.
Oxu.Az xəbər verir ki, bu sözlər Ermənistanın "Hraparak" nəşrində dərc edilən məqalədə öz əksini tapıb.
Müəllif qeyd edir ki, tanınmış iş adamlarının, müxalifət nümayəndələrinin Ermənistanın hakim partiyası tərəfindən təqibə, həbsə məruz qaldığı bir vaxtda özünü ölkənin ən təcrübəli siyasətçisi kimi təqdim edən Robert Koçaryan Ermənistandan qaçıb.
"Ermənistan" blokunun üzvləri, bir qayda olaraq, suallara cavab verməkdən imtina edir, Baqrat Mikoyan özünə yaxın mediaya danışır, sabiq prezident Robert Koçaryan isə Egey dənizində günəş vannası qəbul edir", - deyə məqalədə qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 01 İyul 2025 10:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















