Icma.az
close
up
RU
Paşinyan kilsədə islahatlara başlayır Katolikos II Qareginin dəyişdirilməsi gündəmdədir

Paşinyan kilsədə islahatlara başlayır Katolikos II Qareginin dəyişdirilməsi gündəmdədir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda hakimiyyətlə kilsə arasında münasibətlər daha da gərginləşir. Baş nazir Nikol Paşinyan özünün “Facebook” səhifəsində Eçmiədzin Ana Taxt-Vəharasının “azad olunması” və yeni katolikos seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.

Paşinyan bu məqsədlə xüsusi koordinasiya qrupunun yaradılacağını, ilk 10 üzvünün isə şəxsən onun tərəfindən təyin ediləcəyini bildirib. Qrupa daxil olmaq üçün namizədlərdən İncili tam oxumaq, Məsihə səmimi iman gətirmək, oruc tutmaq və gündəlik dua vərdişlərinə malik olmaq tələb olunur. Ruhani üzvlər üçün küsakronluq andının pozulmaması şərti irəli sürülür.

Hakim "Vətəndaş müqaviləsi" partiyasının sədr müavini Vahagn Aleksanyan dövlət televiziyasında bildirib ki, yeni yaradılacaq komissiya kilsəni "müqəddəsliyə təcavüz edənlərdən və and pozanlardan" təmizləməlidir. O, bu prosesi zorakılıqsız, sevgi yolu ilə həyata keçirməyi və katolikosun dəyişdirilməsini zərurət kimi təqdim edib. Aleksanyan prosesə şəxsən Paşinyanın rəhbərlik edə biləcəyini də istisna etməyib.

Hakimiyyət bu təşəbbüsü “dindar vətəndaşların təşəbbüsü” kimi təqdim etsə də, prosesin Paşinyanın birbaşa rəhbərliyi ilə aparılması onun siyasi xarakter daşıdığını göstərir. Baş nazir, mövcud katolikos II Qaregini küsakronluq andını pozmaqda və dini etibarsızlıqda ittiham edir. O, Ermənistan dövlətinin yeni katolikos seçkisində “həlledici söz sahibi” olmalı olduğunu bəyan edib.

Son günlərdə Paşinyan və onun partiyasının dini rəhbərliyə qarşı kəskin ritorikası, ekspertlər tərəfindən kilsə institutlarının zəiflədilməsi və siyasi nəzarətə alınması kimi qiymətləndirilir. “Xalqı təmiz katolikos seçməyə” çağırmaqla Paşinyan kilsənin müstəqilliyini şübhə altına alır.

Bu proses Ermənistan cəmiyyətində ciddi parçalanmalara yol aça bilər. Dövlətin dindarların inancına müdaxiləsi, din-dövlət ayrılığı prinsipinin pozulması və konstitusion böhran ehtimalı real təhlükəyə çevrilməkdədir.

Rasim Əliyev
AzPolitika.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:205
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 10 İyun 2025 10:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri