Icma.az
close
up
RU
Paşinyan Kremlin nəbzini yoxlayır: Bu Ermənistanın sonuna gətirib çıxaracaq

Paşinyan Kremlin nəbzini yoxlayır: Bu Ermənistanın sonuna gətirib çıxaracaq

Icma.az, Sherg.az saytına istinadən bildirir.

Rusiya ilə Ermənistan arasında rəsmi səviyyədə münasibətlər sadə deyil.

Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi illik mətbuat konfransında rəsmi İrəvanın qərbyönümlü siyasət yürütməsinə, eləcə də Ermənistanın ABŞ ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayacağına münasibət bildirərkən deyib.

Lavrov Rusiya Baş naziri müavini Aleksey Overçukun Ermənistanın Avropa İttifaqı ilə üzvlük prosesi ilə bağlı müzakirələrə başlaması haqqında şərhini xatırladıb.

O, qeyd edib ki, Overçukun da vurğuladığı kimi, Ermənistanın həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olması mümkün deyil: "Bu, iki fərqli sistemdir, iki fərqli azad ticarət zonasıdır".

Qeyd edək ki, Overçuk Rusiyanın Ermənistanın Avropa İttifaqına üzvlüklə bağlı müzakirə prosesinə başlamasını, İrəvanın Avrasiya İqtisadi İttifaqından çıxmasının başlanğıcı kimi qiymətləndirdiyini açıqlayıb.

Lavrov Avropa İttifaqına üzvlüklə bağlı müzakirənin başlanmasını Ermənistanın legitim rəhbərliyinin suveren qərarı adlandırıb.

Rusiya XİN başçısı Ermənistanın KTMT-dəki iştirakını dondurmasından da danışıb. Onun sözlərinə görə, Ermənistan KTMT-də iştirakını dondurmayıb, sadəcə bu təşkilatın tədbirlərində iştirak etmir.

Lavrov rəsmi İrəvanın bu addımını 2022-ci ilin sentyabrında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı qarşıdurma ilə əlaqələndirib. Vurğulayıb ki, İrəvan o zaman KTMT-nin müttəfiq kimi Ermənistana köməyə gəlmədiyini iddia edib.

Rusiya XİN başçısı Azərbaycanla Ermənistan arasında sərhədlər delimitasiya və demarkasiya olunmadığını, yəni Azərbaycanın Ermənistan ərazisinə hərbi müdaxiləsinin məlum olmadığını söyləyib.

Lavrov Ermənistanın KTMT missiyasından imtina etməsini xatırladıb. Bildirib ki, rəsmi İrəvan Avropa İttifaqının missiyasını dəvət edib: "Bizdə olan məlumata görə, həmin müşahidəçilər Ermənistanın deyil, özlərinin maraqları ilə məşğuldurlar".

Rusiya xarici işlər naziri Ermənistanla dialoqun davam etdiyini əlavə edib. Qeyd edib ki Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Moskvaya səfərə dəvət olunub. "O, dəvəti qəbul edib. Biz onun səfərini gözləyirik", - Lavrov fikrini yekunlaşdırıb.


Politoloq Fuad Abbasov "Sherg.az"a bildirib ki, Rusiya və Ermənistan arasındakı əlaqələr 2018-ci ildən ciddi təsir vəziyyətindədir:


"2018-ci ildə "küçə hərəkatı" nəticəsində hakimiyyətə gələn Nikol Paşinyanın qarşısına qoyulan vəzifə Ermənistanı rusiyasızlaşdırmaq və Avropaya inteqrasiya idi. O isə məqam gözləyirdi ki, bu yöndə bir addım atsın. Eyni zamanda  Ermənistanın Aİ-yə üzvlüyü ilə bağlı heç bir referendum keçirilməyib və ya parlament qərar qəbul etməyib. Sadəcə olaraq, Baş nazir açıqlaması ilə Rusiyanın nəbzini tutub onun fikrini öyrənmək istəyir. Digər tərəfdən Rusiya 2024-cü ilin sonlarında Ukrayna cəbhəsində uğursuzluqlarla qarşılaşdı. Belə bir məqamda Paşinyan fersətdən istifadə edərək avropalaşma yönündə bəyanatlar verir. Rusiya Ukrayna münaqişəsində uğur qazansaydı, delimitasiya-demarkasiya prosesi və silahsızlaşdırma Ermənistanda da tətbiq oluna bilərdi. Ermənistan artıq əmindir ki, Rusiya Ukraynada 3 günə qazana bilmədiyi uğuru 3 ildə də edə bilməz".


Politoloq vurğulayıb ki, Arorat Mirzoyan Rusiyanın Ermənistana olan münasibətini və Sergey Lavrovun buranı sadəcə əyaləti kimi gördüyünü bilir:

"Bu isə münasibətlərin korlanması anlamına gəlmir. Rusiya Ermənistanı özünə bağlamağa çalışacaq. Bunun da ən başlıca üsulu xarici işlər nazirlərinin diplomatiya səviyyəsində deyil, iqtisadiyyat nazirlərinin bir-birləri ilə mübadiləsi nəticəsində meydana gələcək. Çünki Rusiya Ermənistanın mal varlığını milliləşdirmə yönündə qərar alarsa, bu dövlətin sonuna gətirib çıxaracaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://sherg.az
archiveBu xəbər 14 Yanvar 2025 18:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see400

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see311

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see291

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see281

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see272

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see268

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see260

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see260

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see259

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see240

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see225

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see219

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see217

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see215

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see215

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see214

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see213

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see209

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see204

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri