“Paşinyan məni yeyəcək” Köçəryan İkinci Qarabağ Müharibəsindən danışdı
Icma.az, Bakupost saytına istinadən bildirir.
Xocalı soyqırımının təşkilatçısı, Ermənistanın sabiq prezidenti Robert Köçəryan ölkəsinin TV5 telekanalına müsahibədə verib. Separatçı jurnalistlə söhbətində deyib ki, İkinci Qarabağ Müharibəsinin üçüncü günündə uduzacaqlarını başa düşüb.
Bakuspost.az xəbər verir ki, Köçəryan müharibənin ikinci günündə Qarabağda olduğunu deyib: “Orada gördüklərim məni demək olar ki, bir-iki gün ərzində bu müharibəni uduzacağımıza inandırdı. Mən iki həftə Qarabağda qaldım və hər gün Arkadi Qukasyan və Bako Saakyan vasitəsilə Araik Arutyunyanı müharibəni dayandırmaq üçün əlindən gələni etməyə inandırmağa çalışırdım. Aydındı ki, uduzuruq”, – deyə o bildirib..
O bildirib ki, keçmiş separatçı prezidentlə görüşməyi belə təklif edib, baxmayaraq ki, Araik Arutyunyanla münasibəti məlum idi: “O, prezident kimi görünməməliydi, amma mən getdim və konkret fəaliyyət planımı – nə etmək lazım olduğunu təklif etdim”.
Köçəryan əlavə edib ki, müdafiənin təşkili baxımından tam konkret təklifləri olub və eyni zamanda müharibəni mümkün qədər tez dayandırmaq üçün hər şeyi etmək lazım idi. Lakin Arutyunyan görüşməkdən imtina edib və Bako Saakyan vasitəsilə “Əgər mən Köçəryanla görüşsəm, Ermənistanın baş naziri məni yeyəcək”, – deyib. “Bu, onun dəqiq sözləridir – “məni yeyəcək” deyib. O zaman onlar müharibə zamanı Azərbaycandan daha çox mənimlə görüşdən və bu məsələnin müzakirəsindən qorxurdular”, – deyə Köçəryan qeyd edib.
“Niyə uduzduq” sualına Köçəryan “Mən orada ordunun normal idarə edilməsini görmədim, sadəcə yox idi. Çünki bundan əvvəl komanda strukturlarında dəyişikliklər aparılmış və əsas vəzifələrə müharibəyə uyğun gəlməyən şəxslər təyin olunmuşdu”, – cavabını verib.
“Kadr siyasəti orduya etimad göstərmirdi və vacib vəzifələrdə loyal şəxslərin olmasını istəyirdi. Loyal general və ya yüksək rütbəli zabit hər zaman müharibəni qazanmaq üçün kifayət qədər bacarıqlara malik olmur. Kütləvi kadr rotasiyaları aparılmışdı və sədaqət yeganə əsas idi. Ordunun təminatı ilə bağlı problemlər ümumilikdə pis idi”, – Köçəryan bildirib.
O deyib ki, müharibədən əvvəl hava məkanının bağlanması elan olunmuşdu. Amma vəziyyət belə deyildi: “Ən önəmli amillərdən biri Ermənistanda aparılan utancverici səfərbərliklər oldu. İnsanlar toplanırdı və üçüncü gündə bu insanlar cəbhədə olurdu. Onlar mövcud hərbi hissələri – məsələn, taborları doldurmurdular, yeni bölmələr yaradıb üç gün ərzində onları cəbhəyə göndərirdilər”.
Cavid, BakuPost
Bu mövzuda digər xəbərlər:Tramp Qarabağ müharibəsindən danışdı
08 Avqust 2025 08:04
İkinci Qarabağ müharibəsindən sonra ermənilər itirdiklərini müzakirə edir
14 May 2025 15:57
Biz hamımız İkinci Qarabağ müharibəsindən sonra qürurla yaşayırıq
13 Mart 2025 16:01
ARKAnın İkinci Qarabağ müharibəsindən sonra istehsal etdiyi filmləri
18 Noyabr 2024 17:00
Köçəryan rüşvətxordur Paşinyan
05 İyun 2025 13:32
Baxış sayı:100
Bu xəbər 10 Noyabr 2025 13:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















