Icma.az
close
up
RU
Paşinyan Moskvaya niyə getdi? Putinin dəvətinin pərdəarxası

Paşinyan Moskvaya niyə getdi? Putinin dəvətinin pərdəarxası

Bakupost saytına istinadən Icma.az xəbər verir.


“Ermənistanın baş naziri Nikol Paşinyan "beynəlxalq atom həftəsi" konfransında iştirak məqsədilə Moskvaya gedib. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra tərəfdaşlarının sayı azalıb. Kreml bu görüntünü ortadan qaldırmaq üçün Rusiyada müxtəlif beynəlxalq tədbirlər keçirməyə çalışır”.

Bakupost.az xəbər verir ki, bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu səsləndirib.

Onun sözlərinə görə, "beynəlxalq atom həftəsi" konfransı da bu məqsədə xidmət edir:

“Rusiya Prezidenti Vladimir Putin tədbirə Nikol Paşinyanı da dəvət edib. Ermənistanın baş naziri bu tədbirə qatılmaqla iki ölkə arasında münasibətlərin normal olduğunu göstərməyə çalışacaq. Çünki onun rəqibləri Paşinyanı Ermənistanın ənənəvi müttəfiqi Rusiyadan üz döndərərək Qərblə təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirməkdə ittiham edirlər. Nikol Paşinyan iyun ayında verdiyi açıqlamada Ermənistanın Kollektiv Təhlüksəzilik Müqaviləsi Təşkilatını tərk edə biləcəyini söyləmişdi. Bu açıqlama Rusiyanın siyasi dairələrində narahatlıq yaratmışdı. Paşinyanın Avropa İttifaqına üzvlüklə bağlı açıqlamaları da Kremli narahat etməyə bilməzdi. Rusiya rəsmiləri Paşinyanı seçim qarşısında qoydular: “Ya Avrasiya İqtisadi Birliyi, ya da Avropa İttifaqı”. Daha sonra Paşinyan Avropa İttifaqı üzvlüyü fikrini korrektə etdi və ölkəsinin əvvəlkitək Avrasiya İqtisadi Birliyində üzvlüyün davam etdirəcəyini söylədi”.

O.Şahinoğlunun fikrincə, Paşinyan Ermənistanda parlament seçkilərinə qədər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etmək mövzusunu donduracaq:

“Əks halda Kreml Ermənistanı qarışdırmaq planını hərəkətə gətirəcək. Ona görə də Paşinyan parlament seçkilərinə qədər Kremli qıcıqlandırmamağa çalışacaq. Onun Moskvada konfransa qatılması və Vladimir Putinin növbəti dəfə əlini sıxması da buna dəlalət edəcək”.

Lalə,
BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:197
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Sentyabr 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri