Paşinyan musiqi qrupu yaratdı: Baş nazir hər kəsi konsertə dəvət edib
Ayna saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Qeydiyyatı bağlamalı olduq, çünki hazırda müraciətlərin sayı gözləntiləri yeddi dəfə üstələyir"
Ermənistanın Baş naziri Nikol Paşinyan musiqi qrupu yaradıb. AYNA.AZ xəbər verir ki, bu barədə Baş nazir özü sosial mediada məlumat paylaşıb.
Paşinyan vaxtaşırı şəxsi “Telegram” kanalında yaradıcılıq uğurlarının videolarını paylaşır. 14 yanvar 2026-cı ildə Paşinyan özünün iştirak etdiyi daha bir musiqili çıxışı paylaşıb. Baş nazirin iqamətgahında onu tam heyət - pianoçu, gitaraçı, saksafonçu və iki qadın vokalçı müşayiət edir. O həmçinin gəncləri konsertə dəvət edəcəyinə söz verib. Tədbirin yanvarın 30-da keçiriləcəyini elan edib.
"Qeydiyyatı bağlamalı olduq, çünki hazırda müraciətlərin sayı gözləntiləri yeddi dəfə üstələyir", - Paşinyan video müraciətində bildirib.
Baş nazir əlavə edib ki, bu qədər böyük auditoriya qarşısında çıxış etməyə psixoloji cəhətdən hazır deyil, lakin tədbir yenə də keçiriləcək.
O bildirib ki, çıxışı görmək istəyən çox sayda insan olduğuna görə konsertin yeri dəyişdirilməli olub.
Paşinyan həmçinin qeyd edib ki, İrəvandakı çıxış uğurlu olarsa, oxşar tədbirlər ölkənin regionlarında da keçiriləcək.
Ermənistanın Baş naziri konsertin yerini açıqlamayıb, lakin onun yanvarın 30-da keçiriləcəyi məlumdur.
Qeyd edək ki, Paşinyan ilk dəfə zərb alətlərində 2025-ci ilin dekabr ayının sonlarında, hakim “Vətəndaş Müqaviləsi” Partiyasının İrəvan yaxınlığındakı bir restoranda keçirilən və sonradan Yeni il məclisinə çevrilən siyasi mitinqi zamanı ifa edib.
Ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan jurnalistlərə bildirib ki, Paşinyan musiqi alətini hədiyyə olaraq alıb və bir neçə aydır ki, məşq edir.
Xatırladaq ki, qrupun loqosunda Paşinyanın məşhur “ürəyi” təsvir olunub və şayiələrə görə, bu “ürək” qarşıdan gələn seçkilərdə təbliğat vasitəsi kimi, fəal şəkildə istifadə olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 25 Yanvar 2026 10:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















