Paşinyan Naxçıvandan danışdı: Dəmir yolu layihəsi reallaşsa...
Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.
Ermənistan və İran arasında dəmir yolu xətlərinin bərpası regional iqtisadi əməkdaşlığa müsbət təsir göstərəcək.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
O bildirib ki, bu layihələr təkcə İran və Ermənistan yox, həm də region ölkələri, o cümlədən Azərbaycan üçün tranzit imkanlarının genişləndirilməsinə şərait yarada bilər.
“Bu dəmir yolu layihəsi reallaşsa, Ermənistan və İranın tranzit əhəmiyyəti yüksələcək. Bu baxımdan Azərbaycanın ümumi tranzit sistemində Naxçıvanın rolu və əhəmiyyəti qaçılmaz olaraq artacaq”, – Paşinyan qeyd edib.
Ermənistanın baş naziri Şimal-Cənub magistralının tikintisinə də toxunub. O, bu layihənin region üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, İranla əldə olunan razılaşma bu sahədə əməkdaşlığı daha da dərinləşdirəcək.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 18 Sentyabr 2025 21:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















