Icma.az
close
up
RU
Paşinyan oktyabrda müharibəni bitirməyə razı olmayıb Səbəb?

Paşinyan oktyabrda müharibəni bitirməyə razı olmayıb Səbəb?

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Baş nazir Nikol Paşinyanın noyabrın 10-da Müdafiə Nazirliyində silahlı qüvvələr rəhbərliyilə əməliyyat müşavirəsi keçirməsinin əsas iki səbəbi var.

Bakupost.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

“Birincisi, Paşinyan bu tədbirlə Azərbaycanla müharibənin Ermənistan üçün ağır məğlubiyyətlə bitiminin 5 illiyini cəmiyyətinə mümkün qədər unutdurmağa çalışıb. Azərbaycanda bugünlərdə Zəfər bayramı böyük təntənə ilə keçirilərkən, Bakıdakı hərbi paradın əks-sədası davam edərkən, Nikol Paşinyan İrəvandakı iclasda ordunun davamlı modernləşdirilməsinin və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini vurğulayıb.

Paşinyanın bu tədbiri 10 noyabrda keçirməsinin ikinci səbəbi bugünlərdə ona qarşı çıxışlarını sərtləşdirən və məğlubiyyətdə onu günahlandıran keçmiş prezidentlər Serj Sərkisyanı və Robert Köçəryanı susdurmaqdır. Sərkisyan və Köçəryan müharibə öncəsi Paşinyanın ordunu bilərəkdən başsız qoyduğunu bildirərkən, baş nazir Müdafiə Nazirliyində silahlı qüvvələrin inkişafı üçün strateji baxış, yeni təhlükəsizlik mühitinin qiymətləndirilməsi, effektiv idarəetmə, insan resurslarının inkişafı və digər məsələləri müzakirə edib. Yəni Paşinyan bununla rəqiblərinə və cəmiyyətinə demək istəyib ki, müharibədə məğlub olmasına baxmayaraq, ordunun inkişafına diqqəti azaltmayıb. Halbuki gələn il üçün Ermənistan büdcəsində hərbi xərclər azaldılacaq.

Robert Köçəryanın son müsahibəsindən çıxan qənaət budur ki, Paşinyan Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə müharibəni başlanğıcda dayandırmağa razılaşsaydı, Ermənistanın itkiləri daha az olardı və Ermənistan Qarabağın işğal altındakı ərazilərinin tamamını itirməzdi. Halbuki Azərbaycan artıq qərarını vermişdi, istənilən atəşkəs müvəqqəti xarakter daşıyacaqdı. Paşinyan Putinin 2020-ci ilin oktyabrın əvvəlində atəşkəs təklifinə razılaşsaydı belə, bu, uzun çəkməyəcəkdi. Çünki Azərbaycan düyməyə basmışdı, ərazilərin tamamının işğaldan azad edilməsi əməliyyatı daha sonra davam edəcəkdi.

Paşinyan bir neçə gün öncə etiraf edib ki, elə gərək əvvəldən Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edərdi. Paşinyan səmimi deyil. Ermənistan Azərbaycan Ordusunun gücünü görməliydi ki, müharibədən əvvəl “Qarabağ Ermənistandır” deyən baş nazir 5 il sonra “Qarabağı Azərbaycan ərazisi kimi daha əvvəl tanımalıydım” yanaşmasını ortaya qoysun. Müharibə olmadan Ermənistanın heç bir rəhbəri Qarabağı Azərbaycan ərazisi kimi tanımazdı”.

Asena,

BakuPost


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 10 Noyabr 2025 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see334

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see325

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see316

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see308

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see303

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see295

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see286

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see276

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see271

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see267

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see249

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see231

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see229

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see220

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see217

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see211

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see194

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see185

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see176

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri