Icma.az
close
up
RU
Paşinyan ölkəsindəki sülh düşmənlərinə qarşı qətiyyət göstərməlidir

Paşinyan ölkəsindəki sülh düşmənlərinə qarşı qətiyyət göstərməlidir

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Erməni separatçıları erməni sərsəmliyinin və düşüklüyünün əyani güzgüsüdür. 19-20 sentyabr 2023-cü il lokal antiterror əməliyyatı nəticəsində Azərbaycanın Qarabağ bölgəsində "qəbri" qazılmış separatçı rejimin Ermənistana qaçan qalıqları bu gün də gülünc və biabırçı vəziyyətlərlə üzləşməyə davam edirlər. İrəvanda fəaliyyət göstərən separatçılar “prezident seçkiləri” keçirib özlərinə yeni "prezident" seçmək cəhdləri ilə əslində bütün erməniləri ifşa etməyə davam edirlər.
Ermənistanın baş naziri Nikol Paşinyan isə bu epizodda düzgün davranaraq separatçı müxalifətə bildirib ki, "Zəngəzurda Ermənistan və Azərbaycan arasında mümkün toqquşma baş verərsə, bunun məsuliyyəti təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacaq və cəbhə xəttinə ilk Qarabağ erməniləri göndəriləcək". Paşinyanın bu sözlərindən sonra sanki qurbağa gölünə daş atılıb və erməni separatizminin əsl riyakar siması bir daha üzə çıxıb. Belə ki, Paşinyanın bu xəbərdarlığından sonra separatçıların keçmiş sonuncu "başçı"sı Samvel Şahramanyan yenidən “prezidentliyə namizəd” olmaqdan imtina edib. Şahramanyandan əllərini üzən separatçılar “yeni namizəd” axtarışında olsalar da, lakin Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən artıq heç kim bu mənasız işin altına girmək istəmir. Beləliklə, separatçılar başçısız, yiyəsiz qalıblar.
Nikol Paşinyan hökumətinin separatçıların "prezidentliyə namizəd" axtarışlarına imkan verməməsi hazırkı situasiyada yeganə düzgün addımdır. Çünki Paşinyan anlayır ki, separatçıların İrəvanda fəallaşması Azərbaycana qarşı ərazi iddialarının gündəmdə saxlanması kimi dəyərləndirilə bilər. Bu isə rəsmi Bakıya haqlı olaraq əsas verir ki, Ermənistana qarşı təzyiqləri artırsın və Paşinyanın sülh çağırışlarının səmimi olmadığını sübut etsin. İrəvan real sülhün tərəfdarıdırsa həm separatçıları cilovlamalı, həm də katolikos II Qareginin və Köçəryan-Sərkisyan rəhbərlik etdiyi rusiyayönümlü radikal-millətçi müxalifəti neytrallaşdırıb siyasi səhnədən uzaqlaşdırmalıdır. Bu qüvvələrin sıradan çıxarılması qalıcı sülhün önünü aça bilər. Odur ki, Paşinyan öz ölkəsindəki sülh düşmənlərinə qarşı mübarizədə qətiyyət göstərməlidir.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 11 İyun 2025 22:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see661

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see282

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see260

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see238

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see223

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see217

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see200

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see189

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see187

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see172

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see159

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see155

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see147

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see144

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri