Icma.az
close
up
RU
Paşinyan onunla yolları AYIRIR

Paşinyan onunla yolları AYIRIR

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

““Vətəndaş Müqaviləsi” Partiyasında əmindirlər ki, Alen Simonyan adi deputat statusuna razı olmadığına görə növbəti parlamentə düşə bilməyəcək”. 

“Cebheinfo.az”-ın məlumtına görə, “Hraparak” qəzeti belə yazıb.

 Bir müddət əvvəl Vaahn Xaçaturyanın səlahiyyət müddəti bitdikdən və ya vaxtından əvvəl istefa verdikdən sonra onun Ermənistan Respublikası Prezidenti vəzifəsinə namizədliyinin nəzərdən keçirildiyi barədə şayiələr yayılmışdı. Lakin görünür, bu məsələ artıq müzakirə olunmur. Paşinyan Simonyandan məyus olub və bunun səbəbi qismən onun şəxsi həyatı ilə bağlıdır. 

Bundan başqa, onun yeni favoritləri də var. “Vətəndaş Müqaviləsi” Partiyası üzvlərinin fikrincə, Alen Simonyan daha 10 il imtiyazlı statusdan yararlana bilər. Belə ki, növbədənkənar seçkilər keçirilməsə və səlahiyyət müddəti iyun ayında başa çatarsa, qanuna görə, o, dövlətin himayəsində olacaq və növbəti 10 il ərzində Milli Məclisin istefaya gedən spikerinə təqdim edilən bütün imtiyazlardan, o cümlədən cangüdənlər, xidməti avtomobil, mənzil və s.-dən yararlanacaq. 

Partiya yoldaşlarının fikrincə, Alen Simonyan məsuliyyət yaradan istənilən vəzifəyə üstünlük verər. Yeri gəlmişkən, Alen Simonyan Milli Məclisin səlahiyyət müddətinin sonuna qədər vəzifəsini icra edəcək ilk sədri olacaq”,-deyə “Hraparak” qəzeti yazır. 

Qeyd edək ki, Nikol Paşinyanın Alen Simonyanı növbəti parlamentdə spiker görmək istəmədiyinə dair məlumatlar son vaxtlar tez-tez səslənir. Əgər “Vətəndaş Müqaviləsi” Partiyası 2026-cı ilin iyun ayında keçiriləcək parlament seçkilərdə qalib gələrsə, Milli Məclisin sədri postuna namizədlər arasında daha çox hazırkı vitse-spiker Ruben Rubinyanın və Ermənistanın ABŞ-dəki sabiq səfiri Lilit Makuntsun adları çəkilir. 

Paşinyanın daha çox Lilit Makuntsun namizədliyinin tərəfdarı olduğu bildirilir. Makunts sədr seçiləcəyi təqdirdə, Ermənistan parlamentinin ilk qadın spikeri olacaq. Alen Simonyanın hakim partiyanın İdarə Heyətində də mövqelərinin zəiflədiyi bildirilir. 

Hazırda Simonyanın baş nazirlə yollarının getdikcə ayrıldığı müşahidə olunur. Sıravi deputat mandatı ilə razılaşmayan Alen Simonayana növbəti hökumətdə vəzifə verilməsə, onun Paşinyanın komandasını tərk edəcəyi istisna edilmir. Baş nazirlə spiker arasında yaranmış ən böyük problem isə vəzifə məsələsindən daha çox Paşinyanın Simonyana etimad göstərməməsidir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see383

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see357

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see340

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see286

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see283

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see253

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see249

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see233

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see210

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see208

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see202

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see200

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see191

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see187

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see187

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see177

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see177

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see176

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see172

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri