Icma.az
close
up
RU
Paşinyan öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaq istəyir

Paşinyan öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaq istəyir

Icma.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

2024-cü ildə sülh gündəliyində ciddi irəliləyiş olmadı. Əvəzində Ermənistan silahlanmaya daha çox cəhd göstərdi, Avropa İttifaqının sülhməramlı adı altında vizual kəşfiyyatçılarını şərti sərhəddə yerləşdirib. Görünən odur ki, Paşinyan bu ildə sülh imitasiyası ilə təhlükəli oyunlarını davam etdirib.

Bunu "Xalq Cəbhəsi"nə siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

Ə.Bəydəmirlinin fikrincə, o, sülhdən danışaraq öz müdafiə nazirini dünyanın müxtəlif paytaxtlarına silah almaq məqsədilə danışıqlara göndərib. Aİ sülhməramlılarının vaxtını və sayını artırmaq istəyir. Bütün bunlardan bu qənaətə gəlmək olar ki, N. Paşinyan vaxtı uzatmaq üçün öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaq istəyir. Guya Azərbaycan Ermənistana qarşı hücum təşkil edəcək, sabitlik pozulacaq. O, çox konfiqurasiyalı məkrli gedişlərlə dünyada və regionda vəziyyətin dəyişəcəyini gözləyir:

"Əslində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Sərhəd məsələrinin mövcud təcrübəyə və beynəlxalq hüquqa uyğun tam həlli üçün zaman lazımdır. Zəngəzur dəhlizi ilə bağlı bizim milli maraqlarımıza uyğun olaraq açılmasında heç şübhəsiz ki, müxtəlif variantlar mövcuddur. O baxımdan Ermənistanla istər sülh müqaviləsinin imzalanması, istər sərhəddə demarkasiya və delimitasiya prosesində tələsməyə ehtiyac yoxdur.

Müşahidələr göstərir ki, baş nazir N. Paşinyan öz ölkəsinə qarşı müharibə, təcavüz görüntüsü yaratmaqla Azərbaycanı hərbi müdaxilələrə çəkmək istəyir. Belə məqamlarda ehtiyatlı davranmaq lazımdır. Haqlı olduğumuz halda beynəlxalq təhdidlərlə üzləşə bilərik. Demək olar ki, N. Paşinyanın istəyi də budur.
Unutmaq olmaz ki, siyasət həm də şahmat oyunudur. Mövcud məsələlərin çözülməsi emosiyalara deyil, qarşı tərəfləri məqamı gələndə mat qoymaqla yekunlaşa bilər".

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:145
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2024 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri