Paşinyan protokol rəhbərini işdən çıxardı
Icma.az bildirir, Gununsesi saytına əsaslanaraq.
Ermənistan Baş naziri Nikol Paşinyan protokol xidmətinin rəhbəri Qaqik Vanoyanı işdən azad edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “Joqovurd” məlumat yayıb.
Qeyd edilib ki, buna səbəb baş nazirin rəsmi çıxışı zamanı yol verilən səhv olub.
Hökumətə yaxın mənbələrin nəşrə bildirdiyinə görə, oktyabrın 18-də COP17 çərçivəsində Nikol Paşinyanın çıxışının mətni təqdim edilərkən Qırğızıstan Prezidenti Sadır Japarov səhvən Qazaxıstan Prezidenti kimi təqdim olunub:
“Paşinyan bundan sonra baş verənlərdən narazılığını bildirib və Qaqik Vanoyanın vəzifədən uzaqlaşdırılması barədə qərar qəbul edib. Bu, hökumət daxilində gərginlik və təəccüb yaradıb. Mənbələr Qaqik Vanoyanı fəal, təşəbbüskar və işinə məsuliyyətlə yanaşan gənc kimi xarakterizə edərək, belə bir səhvə görə onun vəzifədən azad edilməsi qərarının hamı üçün olduqca gözlənilməz olduğunu bildiriblər”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 20 Oktyabr 2026 09:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















