Paşinyan: Putinə dedim ki, Azərbaycanla sərhəddə dəmir yolunu vaxtında bərpa etməsəniz…
Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ermənistan Rusiya olmadan Türkiyə və Azərbaycan sərhədlərinə gedən dəmir yollarını bərpa etməyə hazırdır.
Ölkə.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan bildirib ki, Putinlə görüşü zamanı Ermənistanın Rusiya tərəfindən bu hissələrin vaxtında bərpasında problem yaşandığı və ya problem hiss edildiyi təqdirdə, onların milli mülkiyyətə qaytarılmasına və dövlət büdcəsi vəsaiti hesabına bərpa olunmasına hazır olduğunu çatdırıb. “Maneələr yaranarsa, Ermənistan belə bir addım atmağa hazırdır”, – deyə o vurğulayıb.
Baş nazir qeyd edib ki, ilkin olaraq Ermənistan İcevan dəmir yolu stansiyası da daxil olmaqla Tavuşdakı dəmir yolunda bərpa işlərinə başlamağı vacib hesab edir. O, həmçinin Ermənistan–Türkiyə sərhədindəki dəmir yolunun Axurik hissəsinin, eləcə də Yerasxdan Naxçıvan sərhədinədək olan dəmir yolunun bərpasının vacibliyini qeyd edib.
Paşinyan rusiyalı həmkarlarının bu işi mümkün qədər tez həyata keçirəcəklərinə ümid etdiyini bildirib və Rusiya Prezidenti Putinlə regiondakı müsbət dəyişiklikləri, eləcə də onların Ermənistan–Rusiya və AİB arasında münasibətlərin inkişafı üçün yaratdığı imkanları müzakirə etdiklərini bir daha vurğulayıb.
Zəngəzurda reallaşacaq “Tramp Marşrutu” layihəsinə gəldikdə isə Paşinyan deyib ki, Ermənistan və ABŞ hər iki tərəfin müəyyən formatda qəbul etməli olduğu bu layihə üçün strateji çərçivəni müəyyən edən sənəd hazırlayır və bundan sonra növbəti mərhələ başlayacaq. "Tramp Marşrutu" layihəsi üzərində işlərə 2026-cı ilin ikinci yarısında başlanacaq", – deyə Paşinyan bildirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 25 Dekabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















