“Paşinyan Putinə parlament seçkiləri ilə bağlı müraciət edəcək”
Icma.az bildirir, Gununsesi portalına istinadən.
“Ermənistanın baş naziri Nikol Paşinyanın tez-tez Rusiyaya səfərlərinin və Kreml sahibi Vladimir Putinlə görüşlərinin məqsədi parlament seçkiləri ərəfəsində Moskvanın mümkün təsirlərini neytrallaşdırmağa çalışmaqdır”.
Gununsesi.info bildirir ki, bunu politoloq Elxan Şahinoğlu deyib:
“Kreml Paşinyanın seçkidə qələbəsinə mane olmaq üçün radikal müxalifətə maliyyə dəstəyi verə bilər. Bundan başqa Paşinyan əmindir ki, Kreml seçki öncəsi Ermənistan hökumətinə qarşı kiberhücumlar təşkil edəcək. Paşinyan bunları önləmək üçün sabah Putinin hüzuruna gedəcək. Ancaq Putin Ermənistanla bağlı planlarını reallaşdırmamaq üçün Paşinyandan Rusiyanın regional maraqlarını nəzərə almasını istəyəcək”.
O qeyd edib ki, Paşinyan Putinin əsas tələblərini yerinə yetirməyəcəyinə görə, Kreml də seçkiqabağı planlarından imtina etməyəcək:
“Ancaq Paşinyan Putinə onu da izah etməyə çalışacaq ki, Rusiya Prezidenti məğlubiyyətlə üzləşəcək erməni müxalifətinə dəstək verməkdənsə, onunla yola davama üstünlük versin”.
Şəbnəm
Baxış sayı:100
Bu xəbər 31 Mart 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















