Icma.az
close
up
RU
Paşinyan Putinin “damarına basdı” “Ermənistanın bu addımı Rusiyanı hərəkətə keçirəcək” KONKRET

Paşinyan Putinin “damarına basdı” “Ermənistanın bu addımı Rusiyanı hərəkətə keçirəcək” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistan Avropa İttifaqına üzvlük prosesinin başlanması haqqında qanun layihəsini ikinci oxunuşda və tam şəkildə qəbul edilib. Bu qanun layihəsinin qəbulu Rusiya tərəfindən necə qarşılanacaq? İrəvana qarşı real təzyiqlər başlana bilərmi və bu, hansı formada olacaq? Ümumiyyətlə, Ermənistanın Aİ-yə qoşulması mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, qonşu Ermənistanın istənilən təşkilata üzv olması onun sərbəst hüququdur:

“Amma bu, onu göstərir ki, Ermənistan öz müttəfiqlərini tez-tez dəyişir və onlara xəyanət edir. Erməniləri vaxtilə Cənubi Qafqaza Çar Rusiyası köçürüb. Sovet İmperiyası dövründə isə Ermənistan SSRİ büdcəsi və siyasi dəstəyi ilə ayaqda dayanıb. Eyni zamanda torpaqlarımızın işğalında da Rusiyanın müəyyən dairələrinin dəstəyi böyük rol oynayıb. Bu gün Ermənistan Rusiyadan istədiyini alıb. İrəvan hesab edir ki, Moskva artıq İrəvana heç nə verə bilməz. Ona görə də, Rusiyadan daha böyük güc mərkəzinə, Avropa Birliyinə üz tutmağa səy göstərir. Avropa isə Ermənistan vasitəsilə Qafqazda öz mövqelərini gücləndirməyə çalışır. Ancaq zəif, qonşu dövlətlərlə konflikti olan Ermənistan Avropa Birliyinə heç nə verə bilməz”.

Millət vəkilinin sözlərinə görə, Ermənistanın bu hərəkəti Rusiya tərəfindən çox böyük narazılıqla qarşılanacaq:

“Eyni zamanda Avropa Birliyinə üzv olarasa, İrəvan mütləq Qərbin Rusiyaya qarşı sərt sanksiyalarını müdafiə etməlidir. Üzvlüyə namizədliyi dövründə bunu əyani təsdiqləməlidir. İrəvan bu gün Avropanın biznes dairələri üçün elə də maraqlı deyil. Ancaq situasiyadan istifadə edərək ermənilərin Avropa ölkələrinə köçməsi və onlara yük olması tamamilə gözləniləndir. Azərbaycan üçün Ermənistanın hansı təşkilata üzv olmasının elə də böyük əhəmiyyəti yoxdur. Rəsmi Bakı bu gün öz ərazi bütövlüyünü təmin edib. Suveren ərazisində hüquqlarını həyata keçirir və Ermənistanla münasibətlərini beynəlxalq hüquq normalarına əsasən qurur. Ermənistanın bu addımı İrəvanla onun keçmiş müttəfiqi arasında çox ciddi problem yaradacaq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://konkret.az
archiveBu xəbər 27 Mart 2025 00:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see214

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see173

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see170

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see158

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see147

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see139

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see138

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see135

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see132

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see128

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri