Icma.az
close
up
RU
Paşinyan Putinin qarşısından geri çəkildi Müvəqqəti plan

Paşinyan Putinin qarşısından geri çəkildi Müvəqqəti plan

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

“İrəvan Rusiya ilə münasibətlərə böyük əhəmiyyət verir”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan belə deyib.

“Biz Rusiya ilə yeni münasibətlər qururuq və əminəm ki, bu prosesdə uğur qazanacağıq”, - deyə Paşinyan əlavə edib.

Onun sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı ilə Avropa İttifaqı arasında seçim qaçılmaz olana qədər Aİİ çərçivəsində fəaliyyətini davam etdirəcək.

“Qərar Ermənistan xalqı tərəfindən referendum yolu ilə verilməlidir. Ən azından Ermənistan rəsmi olaraq Avropa İttifaqına qoşulmaq üçün müraciət edənə və ya namizəd ölkə statusu əldə etməyə yaxın olana qədər hər hansı bir referendum keçirmək məntiqsiz olardı. 

İnsanlara məlumatlı seçim təklif etməyimiz üçün lazımi tarazlıq əldə edilməyib”, - deyə Paşinyan bildirib. Paşinyan həmçinin bildirib ki, Ermənistan Aİİ çərçivəsində sakit və qarşıdurma olmadan işləməyə davam etmək niyyətindədir:

“Bu sahədə hələ də potensialımız var və yaxın gələcəkdə bundan istifadə etməyi planlaşdırırıq”.

Qeyd edək ki, Nikol Paşinyanın bu açıqlaması Ermənistanın Aİİ-dən çıxması və Avropa İttifaqına üzv olmaq məsələsində yaranmış mübahisəli vəziyyətlə bağlı bir sıra mühüm mesajları əks etdirir. Baş nazir Ermənistanın Aİİ-dən çıxacağını istisna etmir və Avropa İttifaqına inteqrasiya siyasətindən də imtina edəcəyini demir. 

Yəni Paşinyan Rusiyanın təzyiqlərinə baxmayaraq, Avropa İttifaqına üzvlük kursuna sadiq qalacağını və vaxtı çatdıqda Aİİ-dən çıxacağına işarə edir. Bu barədə qərarı xalqın referendum yolu ilə verəcəyinə dair dediklərinə gəldikdə, Paşinyan Avropa İttifaqına üzvlük məsələsinin Ermənistan Konstitusiyasına daxil edildikdən sonra mümkün olacağını vurğulayır.

Artıq Ermənistan parlament səviyyəsində Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanun qəbul edib. Növbəti mərhələdə isə bu qərarın Ermənistan Konstitusiyasında təsbit olunacağı gözlənilir.

Belə olan təqdirdə, Ermənistan Rusiyanın liderlik etdiyi Aİİ, Kollektiv Təhlükəsilik Müqaviləsi Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlardan çıxmalı olacaq. Rəsmi İrəvan Avropa İttifaqına üzvlük məsələsini qısamüddətli perspektivdə, yəni bu il keçiriləcək referendum zamanı da yeni konstitusiyanın mətninə daxil edə bilər. 

Lakin hazırda Ermənistan Rusiyadan iqtisadi və təhlükəsizlik baxımından, daha çox asılıdır. Mövcud situasiyada Ermənistanın Aİİ-dən çıxmaq və ya Avropa İttifaqına üzvlük istiqamətində sərt addımlar atması Rusiyanın ağır iqtisadi sanksiyalarına məruz qalması ilə nəticələnə bilər.

Xüsusilə də Rusiyanın Ermənistana ixrac etdiyi təbii qazın qiymətini 600 dollara qədər qaldırması Nikol Paşinyan hakimiyyətinə qarşı kütəvi etirazlara səbəb olacaq. Ona görə də Ermənistan öz məhsullarının ixracı üçün alternativ bazaralar tapana və əlavə enerji mənbələri əldə edənə qədər Rusiya ilə münasibətləri normallaşdırmağa, yəni vaxt qazanmağa üstünlük verəcək.

Paşinyanın Ermənistan üzv olmaq üçün Avropa İttifaqına müraciət edənə və ya namizəd ölkə statusu əldə edənə qədər referendum keçirməyin mənsız olduğu barədə dedikləri rəsmi İrəvanın təzyiqlər qarşısında avrointeqrasiya məsələsini bu il qəbul olunacaq konstitusiyaya daxil etmək fikrindən daşındığını göstərir.

Belə ki, Paşinyan hakimiyyəti yaxınmüddətli mərhələdə bu prosesi təxirə salacağını və Aİİ-də qalmaq istədiyini göstərir. Lakin əgər Paşinyan iyunun 7-də keçiriləcək seçkilərdə qalib gələrsə, bu məsələni 5 il müddətində həll etməlidir. Yəni onun cəmi 5 il vaxtı var.

Növbəti dövrdə Avropa İttifaqına qoşulmaq siyasətində maraqlı olmayan və ya bunun əleyhinə olan bir siyasi qüvvə hakimiyyətə gələ bilər. Ona görə də Paşinyan sözügedən məsələni özü həll etməyə çalışacaq. 

Azərbaycanla sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılması və hər iki istiqamətdə kommunikasiyaların işə düşməsindən sonra çox güman ki, Paşinyan hakimiyyəti Avropa İttifaqına üzvlük məsələsini konstitusiyaya daxil edəcək.

Yəni Ermənistanın Baş naziri bu prposesi 5 illik müddəti başa çatmadan, ortamüddətli mərhələdə həyata keçirəcək. Bu arada isə Azərbaycan və Türkiyə üzərindən öz məhsullarının ixracı üçün alternativ bazarlar tapmağa, eləcə də Azərbaycandan təbii qaz idxal etməyə və tranzit daşımalardan əldə etdiyi gəlirlər hesabına iqtisadiyyatını Rusiyanın asılılığından çıxartmaq planını həyata keçirəcək.  

 Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 İyun 2026 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see312

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see301

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see288

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see277

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see276

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see256

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see247

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see239

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see230

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see229

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see226

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see223

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see217

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see216

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see208

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see191

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see189

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see182

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see176

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri