Icma.az
close
up
RU
Paşinyan Putinin qoltuğuna sığınır Moskvadan xüsusi tapşırıqla qayıdıb...

Paşinyan Putinin qoltuğuna sığınır Moskvadan xüsusi tapşırıqla qayıdıb...

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Deyəsən biz bundan sonra Ermənistan baş nazirini Kremldə tez-tez görməli olacayıq. Daha çox Qərbin “adamı”, yaxud Cənubi Qafqazda Emmanuel Makronun siyasi təlxəyi kimi siyasi arenada ad çıxarmış Nikol Vavayeviç, həm öz canının, həm də kreslosunun hayına qalmaq üçün Donald Trampın adam yerinə qoymadığı Avropa liderlərindən ümidini kəsib üz tutub Vladimir Putinə tərəf.

9 may hərbi paradına qatılan Nikol Paşinyan bu addımı ilə ilk əvvəl öz siyasi hakimiyyətinin qayğısına qaldığını, Avropalı siyasətçilərin vədləri ilə yanaşı Kremldəki Vladimir Putinin də “xeyir duasına” qulaq asacağını elan etmiş oldu. Onsuz da ağlı başında olan hər kəs əla bilir ki, yaradıldığı gündən Rusiyanın Qafqazdakı nökər dövləti kimi ad çıxarmış Ermənistanı Moskvanın orbitindən tamamən çıxarmaq və Kremlin razılığı olmadan hakimiyyətdə oturmaq mümkünsüz məsələdir. Hakimiyyətə gəldiyi gündən Qərbin siyasi təlxəyi kimi ad çıxaran N.Paşinyan uzun müddətdir ki, aramsız şəkidlə V.Putinin “nəfəsini” üzərində hiss etməyə başlayıb.
V.Putinin dostları sayılan və Ermənistanda on illiklər boyu korrupsiya və cinayət səltənəti yaratmış Serj Sarkisyan və Robert Köçəryan, habelə daşnak faşizminin yuvasına çevrilən Eşməidzin Kilsəsi zaman-zaman baş nazirə təzyiq rıçaqlarını işə salırlar. Xüsusilə revanşist çağırışlarla ənənəvi erməni xəstəliyi olan daşnak ideologiyasını kürükləyən keçmiş hakimiyyət başçıları Rusiyanın Ermənistan üçün yeganə ümid yeri olduğunu deyir, Azərbaycanla sülh müqaviləsinə qarşı çıxış edir, iki ölkə arasında normal münasibətlərin qurulmasının əleyhinə erməni cəmiyyətini qızışdırmaqla məşğuldurlar.
Əlbəttdə ki, Moskvanın tapşırığı ilə. Nikol Vavayeviçin Kremldəki tədbirlərdə özünü Rusiya rəhbərinə yaxın şəxs kimi hiss etdirməsi təkcə ənənəvi erməni hiyləgərliyi deyil. Onun Putinin qoltuğuna sığınması həm də daha çox öz hakimiyyətinin təhlükəsizliyi üçün Moskvadan “dobro” almaq istəyi ilə bağlıdır. Çünki Donald Trampın bütün Avropa liderlərini “iki qəpiklik” edib rəzilə çevirdiyi, dünya siyasətində hazırda Tram-Putin ittifaqının meydan suladığı bir zamanda hiyləgər erməni baş nazirin Kreml şefinə sığınması sürpriz hadisə sayılmamalıdır. Əlbəttdə, V.Putin N.Paşinyanın 9 may paradı üçün Moskvaya getməsini bir şəkildə “qiymətləndirəcək”. Bu “qiymət” N.Paşinyanın nəzərdə tutduğu kimi olacaq, ya başqa formada, bunu zaman göstərəcək. Bircə o dəqiqdir ki, hazırkı Ermənistan hakimiyyətinin başçısı İrəvandakı ruspərəst revanşistləri zərərsizləşdirməklə onların təzyiqlərindən canını qurtarmaq, Moskvanın etimadını qazanmaqla bölgədə hakimiyyəti üçün təhlükəsizlik çətiri qazanmaq istəyir. Amma görünən odur ki, Azərbaycanın qlobal güclərlə ittifaq qurduğu bir vaxtda Moskvanın Ermənistana tapşıracağı “çox mühüm işlər” olacaq. Həmişə olduğu kimi, Moskva ən çirkin işləri yenə ermənilərə gördürəcək. V.Putin üçün fərqi yoxdur, Sarkisyan və Köçəryan olmasın, Paşinyan olsun. əsas odur erməni olsun...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:162
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 May 2025 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri