Paşinyan Putinlə bu məsələni müzakirə etmək niyyətindədir
Icma.az, Olke.az portalına istinadən məlumat verir.
Ölkə.az xəbər verir ki, Paşinyan bu barədə "BoonTV" portalına müsahibəsində bildirib.
"Görüş zamanı bütün mümkün məsələlər və onların qarşılıqlı məqbul ola biləcək həll yolları müzakirə ediləcək. Bu (Ermənistan dəmir yolları məsələsi - red.), ən vacib məsələlərdən biridir", - o bildirib.
Daha əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Paşinyanın Putinin dəvəti ilə yaxın vaxtlarda Moskvaya səfər edəcəyini bildirmişdi. Peskov qeyd edib ki, dəqiq tarixlər liderlərin iş qrafikləri nəzərə alınmaqla razılaşdırılacaq.
Xatırladaq ki, 2008-ci ilin fevralında Ermənistanın dəmir yolu infrastrukturu daha 10 il uzadılmaq hüququ ilə 30 il müddətinə CQDY-nin konsessiya idarəçiliyinə verilmişdi.
Mövcud Rusiya konsessiyasına yenidən baxılması mövzusu Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədlərindəki dəmir yolu sahələrinin bərpası planları fonunda ortaya çıxıb. May ayında baş nazir Nikol Paşinyan Ermənistan hökumətinin onların yenidən qurulmasını öz hesabına həyata keçirməyə hazır olduğunu bildirib.
Paşinyan Moskvaya konsessiyanın dost olan üçüncü ölkəyə verilməsi imkanını nəzərdən keçirməyi təklif edib, lakin sonradan Rusiya nəqliyyat naziri Andrey Nikitin bu məsələnin müzakirə olunmadığını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 19 Sentyabr 2026 23:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















