Paşinyan qadağa qoydu: təhqirə təhqirlə cavab verməyəcəklər
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanın baş naziri Nikol Paşinyan rəqiblərini tənqid edərkən artıq təhqiramiz ifadələrdən istifadə etməmək qərarına gəlib və müttəfiqlərini də eyni şeyi etməyə çağırıb.
Modern.az xəbər verir ki, Ermənistanın baş naziri sosial mediada hakim “Mülki Müqavilə” partiyanın üzvləri üçün "yeni standartlar" və davranış modelləri müəyyən edən etik kodeksin qəbul edildiyini bildirib.
Bundan sonra onlar hakim partiya üzvləri təhqirlərə və ya ədəbsiz dilə təhqirlərlə cavab verməməlidirlər. “Bu yeni davranış zəiflik əlaməti deyil, "davranış kodeksinin ən yaxşı standartlarına sadiqlikdir", - Paşinyan bildirib.
Əvvəllər həm baş nazirin, həm də onun komandasının üzvlərinin sərt sosial media paylaşımları dəfələrlə mənfi ictimai reaksiyalara səbəb olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 02 Dekabr 2025 12:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















