Icma.az
close
up
RU
Paşinyan qalib gəldi, ancaq Putin buna nail oldu!

Paşinyan qalib gəldi, ancaq Putin buna nail oldu!

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Seçkidə qalib gələn Nikol Paşinyanın partiyasının əsas üstünlüyü hökuməti təkbaşına formalaşdıra biləcək mandat sayı əldə etməsidir. Həm daxili qüvvələrin, həm də onları dəstəkləyən xarici oyunçuların planlarında ən həlledici məqam da məhz bu idi. Hakimiyəti dəyişməyin mümkün olmayacağını anlayan müxalifət – Rusiya - Paşinyana hökuməti təkbaşına formalaşdırmağa imkan verməmək, seçkidən sonra siyasi təzyiq rıçaqlarını gücləndirmək istəyirdi. Fərqli nəticə - Paşinyanın hökuməti təkbaşına qurmaq imkanı regionda və Ermənistan daxilində hadisələrin inkişaf istiqamətini müəyyənləşdirir.

Hakimiyyət müxalifətə qarşı hüquqi resurslarını gücləndirəcək. Paşinyan artıq Robert Köçəryan və Samvel Karapetyanın həbs edilməsi anonsunu verib, hər iki şəxslə bağlı məhkəmə prosesinin sürətlənəcəyi, seçicilərə rüşvətin verilməsi, saxtalaşdırılma cəhdləri ilə bağlı ittihamların da irəli sürüləcəyi gözləniləndir.

Seçkidə əsas məqamlardan biri Ermənistanda “ana müxalifət”in Köçəryandan Karapetyana keçməsidir. Bu, hakimiyyətə qarşı əlavə təsir rıçağı olmasa da, “sima” dəyişikliyi müxalifətin cəmiyyətdə etibarını gücləndirmək və siyasi gələcək baxımından irəliyə doğru addım hesab oluna bilər. İndiyə qədər “ana müxalifət”in Köçəryan olması həm cəmiyyətdə Paşinyanın opponentlərinin etibarını zəiflədir, həm də hakimiyyətin anti-təbliğat imkanlarını genişləndirirdi. Vizual dəyişiklik müxalifət cəbhəsi üçün müsbət nəticədir. Karapetyanın Rusiya ilə yanaşı, Qərblə də əlaqələrə malik olması, erməni disporu və kilsənin də dəstəyini alması onu Koçaryandan daha güclü mövqeyə çıxarır. Bu kontekstdə Rusiyanın seçkidə iki minimal nəticə əldə etidiyini düşünmək olar.

1. “Sima dəyişikliyi” ilə dəstəklədiyi müxalifətə inamı və öz reputasiyasını müəyyən qədər də olsa bərpa edə bilər;

2. Karapetyanla Köçəryanın “parlament ittifaqı”nı formalaşdıra, mövqelərini gücləndirə bilər.

Bölgədə isə güc balansının Rusiyanın əleyhinə dəyişməsi sürətləcək, lakin geosiyasi təsir baxımından, Qərbin – ABŞ və Avropa Birliyinin rolu artsa da, regional müstəvidə Bakı və Ankaranın rolu daha həlledici görünür. Çünki regional oyunçular dəyişsə belə, coğrafi reallıqlar və Paşinyanın bu reallığa əsaslanan siyasəti fonunda Ermənistan gələcəyi Azərbaycanla yekun sülh müqaviləsinin imzalanması, Türkiyə ilə sərhədlərin açılmasından asılıdır. Hadisələrin bu istiqamətdə inkişafı Ermənistana Rusiyanın güclü təzyiq yaradan iqtisadi təzyiqindən xilas olmaq perspektivi yaradır. Bu perspektivlərin möhkəmlənməsinə qədər zamana ehtiyacı olan Paşinyan hakimiyyəti Rusiya ilə qarşıdurmadan çəkinəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 İyun 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri