Icma.az
close
up
RU
Paşinyan Qarabağ klanı nın sonunu gətirir

Paşinyan Qarabağ klanı nın sonunu gətirir

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“Yeni Konstitusiyanın qəbulu bizə erməni demokratiyasının əsas problemini aradan qaldırmağa imkan verəcək. Məhz məhkəmənin xalqdan ayrılması ilə”.

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bunu sentyabrın 23-də Ermənistan Demokratiya Forumunda keçirilən panel müzakirədə  deyib.

Onun sözlərinə görə, mövcud ədliyyə sisteminin cəmiyyətlə heç bir “üzvi əlaqəsi” yoxdur. O, təcrid olunmuş şəkildə fəaliyyət göstərir. Bu da öz növbəsində ona olan inamı sarsıdır. 

“Hakimiyyət xalqındır və hər bir hakimiyyət ondan qaynaqlanmalıdır. Bu gün mən ciddi sistem problemi görürəm. Ermənistanda məhkəmə hakimiyyəti xalqdan qaynaqlanmır və ondan tamamilə ayrılıb”,-deyə Paşinyan bildirib. 

Baş nazirin sözlərinə görə, yeni Konstitusiya layihəsi ilə bağlı müzakirələr çərçivəsində yuxarıda qeyd olunan boşluğu aradan qaldırmalı olan fikirlər irəli sürülür. “Təşəbbüslərdən biri andlı məhkəmə sisteminin tətbiqi olub”,-deyə hökumət başçısı əlavə edib. 

O qeyd edib ki, bu problem həll olunmayana qədər demokratiyanın tam inkişafını təmin etmək sadəcə olaraq mümkün deyil. Nikol Paşinyan iddia edib ki, keçmişdə məhkəmə qərarları çox vaxt kənar aktorlar tərəfindən diqtə edilirdi. Onlardan hibrid müharibənin bir hissəsi kimi istifadə edilib.

Paşinyanın sözügedən açıqlaması hakimiyyətin Ermənistan konstitusiyasını dəyişməyə hazırlaşdığını təsdiq edir. Lakin bu islahat hazırkı konstitusiyaya əlavə və dəyişikliklər şəklində olmayacaq. Paşinyan hələ bir neçə il öncə Ermənistanın yeni  konstitusiyaya ehtiyacı olduğunu bildirmişdi. 

Ali qanun Ermənistanda parlamentar sistemi saxlamaqla  hakimiyyətin qolları arasında səlahiyyət  bölgüsünün yenidən formalaşdılmasını müəyyən edəcək. Bundan sonra Ermənistan qanunvericiliyində ciddi dəyişikliklər baş verəcək. 

Xatırladaq ki, bundan əvvəl Ermənistanda məhkəmə sistemində ciddi islahatlar 2019-2020-ci illərdə baş verib. Həmin vaxt məhkəmə orqanlarında, o cümlədən Konstitusiya Məhkəməsində Serj Sarkisyan dövründə təyin olunmuş və "Qarabağ klanı"na məxsus hakimlər üstünlük təşkil edirdi.

Ona görə də Konstitusiya Məhkəməsinin hakimləri eks-prezident  Robert Köçəryanın həbsini qanunsuz hesab edərək onun azadlığa buraxılması barədə qərar qəbul etdi. Bu, adıçəkilən instansiyanın səlahiyyətlərinə aid olmasa da, hakimlər Köçəryanın həbsini Ermənistan konstitusiyasının pozulması ilə izah etmişdilər. 

Yəqin ki, yeni konstitusiyanın qəbulundan sonra Nikol Paşinyan məhkəmə sistemində növbəti “təmizləmə”lərə başlayacaq. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: Paşinyan Yeni Konstitusiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Sentyabr 2025 17:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see379

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see364

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see323

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see290

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see282

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see229

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see228

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see224

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see204

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see204

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see192

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see192

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see190

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see189

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see184

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see184

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see184

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see175

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri